Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Xəyyam Əhmədli kimdir? Ən sadiq dostunun oksigen balonu olduğunu deyən söz ustadı

Xəyyam Əhmədli kimdir? Ən sadiq dostunun oksigen balonu olduğunu deyən söz ustadı

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Tribunainfo.az lent.az-a istinadən “Bioqrafiya” rubrikasında son günlər səhhətinin ağırlaşması ilə meyxanaçı Xəyyam Əhmədli barədə məlumat verir.

– Xəyyam Əhmədli harada anadan olub?

Xəyyam Əhmədli 1980-ci ildə Bakının Xətai rayonunda, Əhmədli yaşayış massivində doğulub.

– Xəyyam Əhmədli ailəlidir?

Bəli. Lakin övladı yoxdur.

– Xəyyam Əhmədli ali təhsil alıb?

Xeyr.

– Xəyyam Əhmədli hansı meyxanası ilə məşhurlaşıb?

Azərbaycan ordusunun zabiti Ramil Səfərov Macarıstanda 8 il həbsdə olarkən Xəyyamın ona “Məmləkətim” və ya ikinci adı ilə “Hələ oğlun salamatdır” adlı mahnı bəstələdi. Bu bəstə ona məşhurluq gətirmişdi.

– Xəyyam Əhmədlinin xəstəliyi nədir?

O 2023-cü ildə insult keçirib. Ağır ürək problemi var və vəziyyəti hələ də ağır olaraq qalır. Həkimlər müayinələr edir, müalicə olunur. Əməliyyat olunması da mümkün deyil. Çünki əməliyyat üçün səhhəti yaxşılaşmalıdır. Ürəyi çox zəifdir. Söz xiridarı ictimai-sosial verilişə müsahibəsində bildirib ki, səhhəti ilə əlaqədar uzun müddətdir, xəstəxanadadır.

“Heç özüm də bilmirəm, nələr baş verdi. Uzun zaman əvvəl ürəyimə su yığılmışdı. Buna görə o zaman əməliyyat olunmalı idim, amma olmadım. Birdən-birə gözüm qaraldı, huşum getdi. xəstəxanadayam, həkimlərin nəzarətindəyəm”- o bildirib. O, 2018-ci ildə ürəyindən “anju” əməliyyatı olunmuşdu.

– Ramil Səfərov Xəyyam Əhmədlini ziyarət edib?

Bəli. Azərbaycan ordusunun zabiti polkovnik-leytenant Ramil Səfərov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Xəyyam Əhmədlini ziyarət edib. Onlar birgə söhbət edib, foto çəkdiriblər. Ramil Səfərov meyxanaçıya xüsusi rəğbət bəslədiyini bildirib.

– Xəyyam Əhmədlinin maddi dəstəyə ehtiyacı var?

Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır. Xəyyam Əhmədli 2018-ci ildə ürəyindən anju olunanda sənət dostlarından Namiq Qaraçuxurlu, İzzət bağırov, Ağa Mirzə ona maddi dəstək edilməsi üçün çağırış ediblər: “Hamı bilir ki, Xəyyamın vəziyyəti yaxşı deyil. Tək meyxanaçılar yox, bütün sənət adamları yanında olsun. Sənət dostlarımızdan, onun sözlərinə mahnı oxuyanlardan xahiş edirəm ona dəstək olsunlar”.

– Hansı sənətkarlar Xəyyam Əhmədliyə baş çəkib?

Söz xiridarı bildirib ki, bir çox həmkarları onun səhhəti ilə maraqlanır və evinə ziyarətə gəlirlər:

“Ağamirzə Məmmədov, Namiq Qaraçuxurlu, Namiq Məna, Pərviz Bülbülə, Ələkbər Yasamallı, Mehdi Masallılı, Aydın Lökbatanlı mənə baş çəkirlər vaxtaşırı telefonda danışırıq. Oqtay Kamil isə davamlı yanımdadır o bütün bu işləri təşkil edib. 3-5 meyvə alıb, halını soruşub, getmək deyil. Oqtay mənim üçün daha çox can yandırır. Allah hamının canını sağ eləsin. Kimlər ki yoxdur onlar əvvəlcədən yanımda olmayıblar. Onları bilmək üçün isə bu yatağa düşməyə ehtiyac yoxdur. Gərək zamanında onları ayırd edə biləsən. Görünür, mən etməmişəm. Heç kimə də arzu etmirəm dostlarını xəstə yatağında yanına çağırsın. Mən heç birindən narazı deyiləm”.

“Namiq Qaraçuxurlunu istəmirəm. İstəmirəm ki, o, yanıma gəlsin. Çünki o, yanıma gələndə həkimlər və tibb bacıları onunla şəkil çəkdirirlər, mən isə kənarda qalıram (gülür). Namiq gəlib mənə baş çəkib” – bunu da meyxanaçı deyib.

– Xəyyam Əhmədli öz səhhəti ilə bağlı nələr danışıb?

Xəyyam bildirib ki, ilk dəfə insult olanda birdən-birə gözü qaralıb və huşunu itirib daha sonra isə xəstəxanaya yerləşdirilib:

“Mənim ürəyimdə damar tutulması var idi. Bir neçə il əvvəl əməliyyat olunmalı idim. Amma əməliyyat oluna bilmədim, qaldı. Birdən-birə gözüm qaraldı. Huşum getdi. Sonra nə baş verdi bilmirəm. Avqustdan yataq xəstəsiyəm. Ayağa qalxa, yeriyə bilmirəm. Ürək çatışmazlığı ilə əlaqədar bədənimə su yığılıb. Bir ayağım tutulub. Ümid edirəm ki, əməliyyatdan sonra səhhətim düzələcək. Bir il ərzində xəstəxanada düz 8 dəfə yatmışam. Xeyri olsa da amma əməliyyat üçün yaramayıb. Deyirlər ki, bədəndən su çəkilməlidir. Onlar olan təqdirdə əməliyyata girə biləcəyəm. Pənahım Allahadır. Ürək çatışmazlıq ağciyərlərimə və böyrəyimə müəyyən fəsadlar verib. Amma sırf ürəyimlə bağlı müalicələr alıram. Ürəyimdə üç canlı toxumadan ikisi yoxdur. Bu çətinlik də məhz buna görə yaranıb. Yoxsa açıq ürək əməliyyatı keçirə bilərdim. Amma mənim bu vəziyyətimdə həkimlə bunu edə bilmirlər. Ürəyimin damarları buna imkan vermir”.

Xəyyam bildirib ki, onun ürəyi artıq fəaliyyətini itirib. Bu səbəbdən ürəyi süni aparatla əvəz olunmalıdır:

“Mən oksigen aparatı olmadan yaşaya bilmirəm. O bəzilərindən yaxşı imiş. Dərdim də olanda ona deyirəm. Aparat mənə səssiz qulaq asır. Ən böyük şeyi də o mənə edir. Mənim ürəyimə ürək formasına aparat qoyulmalıdır. O Almaniyadan gətirməlidir. Onun qiyməti də çox bahadır. Mənim o aparatı almağa imkanım yoxdur. 220 min manatdır. Avqustu 18-də kliniki ölüm keçirmişəm. Bunu mənə 3 gün sonra deyiblər. Bu haqda bilməmişəm. 20 dəqiqə ürəyim dayanıb. Vaxtsız ölmək istəmirəm. Yaşamaq istəyirəm. Dərd varsa çarəsi də var”.

Anasının da xəstə olduğunu söyləyən Xəyyam Əhmədli bildirib ki, gün ərzində onunla otaqdan otağa videozəng vasitəsi ilə əlaqə saxlayır:

“Bu evdə anam və öz ailəmlə qalıram. Anam özü də xəstədir. Aylardır yataqdayam, anamı görə bilmirəm. Onunla videozəng vasitəsi ilə danışıram. Bu otaqdan o otağa görüntülü danışırıq. Amma yenə də ana ürəyi görürsünüz necədir, o, qalxır ayağa və yanıma gəlir”.

– Xəyyam Əhmədlinin müalicəsi üçün pul yığılıb?

Pul yığmaq üçün həmkarları onun üçün aksiya edirlər. Hazırda lazım olan məbləğin 40 mini yığılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri