Icma.az
close
up
RU
Xəzər al qan rənginə boyandı

Xəzər al qan rənginə boyandı

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər Xəzərin Zirə, Türkan və Hövsan sahillərində müşahidə olunan qəribə mənzərə sosial şəbəkələrdə böyük narahatlıq yaradıb.
Hurriyyet.Az bildirir ki , Musavat.com-un redaksiyasına göndərilən fotolarda Xəzər dənizinin suyu qırmızı rəngə boyanmış kimi görünür. Sahil boyunca yayılan bu qızartılı suların üstündə köpüklər əmələ gəlib, dənizdən isə kəskin, dözülməz iy gəlir.
Sakinlərin sözlərinə görə, bu hadisə artıq bir neçə müddətdir ki, müşahidə olunur. Türkan, Hövsan, həmçinin yaxın ərazilərdə yaşayanlar bildirirlər ki, əvvəllər də dənizdə müəyyən rəng dəyişmələri olurdu, amma bu dəfəki qədər güclü və kəskin qoxulu hal ilk dəfədir baş verir.
Mütəxəssislərin fikrincə, dəniz suyunun belə rəng alması təsadüfi deyil. Bu, ya bioloji proseslərin – yəni müəyyən növ yosunların kütləvi şəkildə çoxalması (elmi dildə “qırmızı gelgit” adlanır), ya da sənaye tullantılarının dənizə axıdılması ilə bağlı ola bilər.
Ekoloq, professor Çingiz İsmayılov məsələ ilə bağlı Musavat.com-a bildirib ki, bu cür mənzərə əsasən iki səbəbdən yaranır:
“Birincisi, suyun temperaturu və duzluluğu dəyişəndə bəzi mikroskopik yosun növləri sürətlə çoxalır və suya qırmızı, bəzən də narıncı rəng verir. Amma belə hallarda qoxu çox güclü olmur.Əgər dənizdən kəskin kimyəvi iy gəlirsə, deməli, bu, bioloji deyil, kimyəvi çirklənmədir. Suyun analizi aparılmamış nəsə bir söz demək mümkünsüzdür. Fiziki və kimyəvi analiz aparılandan sonra səbəblər tapıla bilər.
Türkan və Hövsan ərazilərində yaxınlıqda sənaye müəssisələri, emal zavodları var. Əgər onların tullantı suları birbaşa dənizə axıdılırsa, bu, rəng və qoxu dəyişikliyinin əsas səbəbi ola bilər”.
Dənizdən gələn kəskin iy həm ekoloji, həm də sağlamlıq baxımından təhlükə siqnalıdır. Əgər bu qoxu sulfid və ya ammonyak tərkibli qazların buxarlanması ilə bağlıdırsa, o zaman hava da çirklənə bilər. Uzun müddət bu qazların təsirinə məruz qalmaq insanlarda baş ağrısı, tənəffüs çətinliyi və ürəkbulanma yarada bilər.
Hövsan sakinlərindən biri Musavat.com-a deyib ki, axşam tərəfi dənizə yaxınlaşmaq olmur:
“Qoxu elə bil çürük kimyəvi maddə kimidir. Bəzən elə bil dizel və ya mazut qoxusu gəlir. Uşaqlar dənizə yaxın getmir, hamı qorxur”.
Müstəqil ekspertlər hesab edir ki, bu cür hallar son illər Xəzərin ekosistemi üçün ciddi təhlükəyə çevrilib. Suyun səviyyəsinin azalması, kanalizasiya axıntıları və sənaye tullantılarının artması nəticəsində dənizdə oksigen çatışmazlığı yaranır. Bu da bioloji tarazlığın pozulmasına gətirib çıxarır.
Ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov sayta açıqlamasında bildirib ki, Xəzərin həmin hissələrində çirkab suları dənizə axıdılır:
“Həmin yerlərdə kanalizasiya suları dənizə tökülür. Bu isə yosun və xərçənglərin suda aktivləşməsinə səbəb olur. Onlara azot və fosfor lazım olur ki, bu maddələrdə məişət suları ilə dənizə daxil olur. Bir sözlə, yeganə səbəb təmizlik qurğularının lazimi səviyyədə işləməsi belə vəziyyəti yaradır”.
Tarixə baxanda məlum olur ki, Xəzər dənizi sonuncu dəfə bu cür rəng dəyişikliyini 2010-cu illərin əvvəllərində – Sumqayıt sahillərində müşahidə edib. Həmin vaxt ekoloqlar bunu “qırmızı cərəyan” adlandırılan bioloji hadisə ilə izah etsələr də, sonradan araşdırmalar göstərmişdi ki, sənaye tullantıları bu prosesdə əsas rol oynayıb. İndi isə oxşar mənzərə yenidən təkrarlanır, amma bu dəfə daha geniş ərazini – paytaxta yaxın Türkan və Hövsanı əhatə edir.
Bu mənzərə bir daha göstərir ki, Xəzər dənizi illərlə davam edən laqeydliyin, nəzarətsizliyin qurbanına çevrilib. Bir zamanlar “dünyanın gözü” adlandırılan Xəzər indi qırmızıya boyanıb, sanki kömək istəyir.
Əgər bu prosesin qarşısı alınmasa, yaxın illərdə Xəzərin ekosistemi bərpaolunmaz zərbə ala bilər. Dəniz artıq səssiz deyil – rəngi dəyişib, iy gəlir, sanki deyir: “Məni xilas edin. ”Bir zamanlar “dünyanın gözü” adlandırılan Xəzər indi qırmızıya boyanıb, sanki kömək üçün hayqırır.
Bu fəlakətin qarşısını almaq üçün nəzarət, məsuliyyət və ictimai təzyiq lazımdır - çünki Xəzər dənizi artıq səssiz qalmır.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Noyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri