Icma.az
close
up
RU
Xəzər çəkilir, yeni adalar üzə çıxır Səbəb açıqlandı

Xəzər çəkilir, yeni adalar üzə çıxır Səbəb açıqlandı

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Xəzər dənizində su səviyyəsinin azalması Qazaxıstanın Manqistau vilayəti sahillərində yeni adanın yaranmasına səbəb olub. Məlumata görə, Rıbaçi adı verilən yeni quru sahəsi Xəzərin şimal hissəsində, Svyatoy adasından təxminən 500 metr şərqdə yerləşir. Yeni ada Bautino kəndindən təxminən 30 kilometr məsafədədir. Son 4–5 il ərzində Xəzərin şimal hissəsində su səviyyəsinin azalması fonunda yeni quru sahələrinin yaranması prosesi daha da sürətlənib.
Xəzər dənizində su səviyyəsinin azalması nəticəsində yeni quru ərazilərinin, hətta adaların meydana çıxması ekoloji baxımdan nə dərəcədə ciddi siqnaldır və bu proses Azərbaycandakı Xəzər sahilləri üçün hansı təhlükələri yarada bilər?
Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, dəniz çəkildikcə adalar, yəni Xəzərin dibaltı relyef elementləri olan bəzi hündürlüklər, yüksəkliklər və münasib profillər üzə çıxmalıdır:
“Suyun altından çıxan irili-xırdalı bu quru sahələri, təbii ki, adalardır. Xəzərin özündə olan ən xırda, minilliklər bundan əvvəl mövcud olmuş adalar da vaxtilə Xəzərin altında olub. Dəniz geri çəkildikcə həmin adalar da üzə çıxıb. İndiki vəziyyət də eyni variantdır. Vaxtilə də Xəzər dənizinin səviyyəsi dəyişib, su çəkildikcə sahillər genişlənib və adalar görünməyə başlayıb. Bu, adi, normal haldır. Burada qorxulu bir şey yoxdur. Nə vaxtsa Xəzərin səviyyəsi qalxanda həmin adalar da yavaş-yavaş yenidən suyun altında qala bilər”.
Ekoloq qeyd edib ki, qorxulu olan Xəzərin ətrafındakı bəzi strukturların, daha doğrusu, infrastrukturların vəziyyətidir:
“Xəzər çəkildikcə onların fəaliyyəti ilə bağlı problemlər yarana bilər. Sonradan dənizin səviyyəsi qalxanda da onlar daha çox problemlə üzləşə bilərlər. Ona görə də Xəzər həm çəkiləndə, həm də qalxanda müəyyən problemlər yaradır. Bu baxımdan yeni adaların meydana çıxmasına təəccüblənməyə dəyməz. Sahildə suyun altından çıxan hissələr quru sahələrə çevrildiyi kimi, minilliklər bundan əvvəl Xəzərin dibində olan bəzi yüksəkliklərin ada şəklində üzə çıxması da eyni prosesdir. Yaxın vaxtlarda Xəzərin səviyyəsinin tədricən qalxması da mümkündür. Əvvəlcə səviyyə stabilləşə, daha sonra isə yüksəlməyə başlaya bilər. Birdən-birə qalxma olmaz. Bu halda həmin adalar da yavaş-yavaş əvvəlki vəziyyətinə qayıda bilər. Burada hər hansı ciddi siqnal yoxdur. Vaxtilə Xəzərin suyunun altından çıxmış adaları olub. Sonradan səviyyə qalxanda onlar yenidən suyun altında qalıb. İndi də, yəqin ki, həmin relyef formalarının bəziləri yenidən suyun altından çıxaraq ada şəklini alır. Əgər Xəzər milyonillik, ən azı 200 milyon illik təbii-tarixi dövründəki prosesləri yenidən bərpa etsə, bu adaların da zamanla geriyə qayıdaraq Xəzərdəki relyef formalarına çevrilməsi mümkündür”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Avqust 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri