Icma.az
close
up
RU
Xəzər dənizi ilə bağlı həyəcan təbili: son 100 ilin ən aşağı səviyyəsinə düşüb, su hər il 24 santimetr azalır

Xəzər dənizi ilə bağlı həyəcan təbili: son 100 ilin ən aşağı səviyyəsinə düşüb, su hər il 24 santimetr azalır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəzər dənizi sürətlə quruyur. Bunu bilmək üçün xüsusi araşdırma aparmağa, mütəxəssis olmağa ehtiyac yoxdur. Ekoloji təhlükə gözlə görünür.

Bizimyol.info xəbər verir ki, Bakı bulvarında Xəzəri müşahidə edərkən dəniz sahilində suyun geri çəkildiyini, hətta dənizin ortasında xırda “adalar” əmələ gəldiyini görmək mümkündür. Bu, Xəzərin başqa ərazilərdəki sahillərinə də aiddir. Məsələn, Xəzərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə (Nasosnı) düşən hissəsində vaxtilə dalğaların yuduğu sahillərdə indi ancaq palçıqlar görünür. Çünki su çox geri çəkilib.

Ekoloq Tural Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda Xəzərdə suyun səviyyəsi mənfi 29 metrdən də aşağı düşüb. Onun sözlərinə görə, bu, son 100 ilin ən aşağı səviyyəsidir: “Xəzər dənizi 1977-ci ildə təxminən bu səviyyədə olmuşdu”.

Mütəxəssis bildirir ki, son 100 ildə Xəzərin səviyyəsi 3 metrdən çox aşağı düşüb. Onun sözlərinə görə, xüsusən son 20-25 ildə suyun səviyyəsi daha çox azalır. 2020-2024 illərdə isə bu proses lap sürətlənib. Monitorinqlərin nəticəsində görə, bu dövrdə suyun səviyyəsi hər il təxminən 24 santimetr aşağı düşüb.

“Xəzər dənizinə müxtəlif çaylar tökülür: Volqa, Kür, Ural, Samur və s. Amma Xəzəri qidalandıran ən böyük çay Volqadır. Vaxtilə Volqa çayının üzərində su anbarları tikilirdi. Anbarların doldurulması Xəzərin suyuna ciddi şəkildə təsir göstərdi. Hazırda isə vəziyyət başqadır. Bura tökülən çaylarda suyun həcmi azalıb. Qlobal istiləşmə və əlavə buxarlanma da azalmaya təsir göstərən amillər arasındadır. Ümumiyyətlə, dənizin səviyyəsinin artıb-azalması iqlimlə birbaşa bağlıdır”, - deyə ekspert vurğulayıb.

O xatırladıb ki, Xəzər sahillərinin 800 kilometrdən çox hissəsi şimaldan cənuba doğru Azərbaycan ərazisinə düşür. Burada ekoloji vəziyyətinin pisləşməsi iqtisadi fəsadlara da yol aça bilər. Məsələn, Xəzərdəki canlılar üçün ciddi risklər var. Həmçinin yerli icmaların təsərrüfatına da təsiri qaçılmazdır:

“Dənizdə suyun səviyyəsi azaldıqca duzluluq da artır. Bu da balıqlara birbaşa təsir göstərir. Bu baxımdan, Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi balıq ehtiyatlarının azalması deməkdir. Suyun səviyyəsi aşağı düşdükcə gəmilərin limanlara girişi də çətinləşir. Bu isə yeni problemlərə yol açır. Məsələn, yükdaşımalarda əlavə xərclər ortaya çıxa bilər”.

Xatırladaq ki, Prezident İlham Əliyev də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Xəzərdə suyun səviyyəsinin aşağı düşməsindən narahatlığını dilə gətirərək, bu məsələyə diqqət çəkmişdi:

“Xəzər dənizi sürətlə kiçilir və bu prosesin əsas səbəbi iqlim dəyişikliyi deyil, ekoloji amillərdir. Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə toplantısında Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsinə diqqət çəkdim. Bu gün vəziyyət daha da pisdir. Dəniz sürətlə daralır...”

Prezident ekoloji fəlakətin qarşısının alınması üçün Xəzəryanı ölkələrin birgə səylərinin zəruriliyini vurğulayaraq, Azərbaycanın bu problemin həlli üçün BMT ilə sıx əməkdaşlığa hazır olduğunu da qeyd edib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri