Xəzər dənizində balıq tutan iranlılar həbs olundu
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəzər dənizində balıq tutan İran vətəndaşları həbs olunub.
Modern.az xəbər verir ki, bu il iyulun 24-də üç İran vətəndaşı balıq tutarkən Xəzər dənizində Qazaxıstanın dövlət sərhədini qanunsuz şəkildə keçib.
Məlumata görə, həmin şəxslər Milli Təhlükəsizlik Komitəsinin (MTK) Sərhəd Xidmətinin hərbçiləri tərəfindən saxlanılıb.
Onların barəsində dövlət sərhədinin buraxılış məntəqəsindən kənarda bir qrup şəxs tərəfindən qanunsuz keçilməsi ilə bağlı cinayət işi başlanıb.
Qarakiya rayon məhkəməsi üç İran vətəndaşını təqsirli bilib. Hər birinə bir il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və azadlığa çıxandan sonra Qazaxıstandan deportasiya olunmaları qərara alınıb.
Bu mövzuda digər xəbərlər:Xəzər dənizində ZƏLZƏLƏ
13 Noyabr 2024 06:21
Xəzər dənizində zəlzələ
13 Noyabr 2024 08:33
Baxış sayı:122
Bu xəbər 05 Oktyabr 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















