Xəzər dənizindəki ilanlar təhlükəlidir? “İnsanlar həmin ərazilərdə çimirlər, ilanlar hara qaçıb getsinlər...”
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi Təvəkkül İsgəndərov son günlər dənizdə ilanların çoxalması ilə bağlı görüntülərin narahatlıq yaratmasına aydınlıq gətirib.
Bu barədə Pravda.az-a açıqlama verən alim bildirib ki, Xəzər dənizinin girintili-çıxıntılı sahilləri su ilanlarının təbii yaşayış yerləridir.
“Bəs bu yazıq ilan harada yaşasın? İnsanlar həmin ərazilərdə çimirlər, ilanlar hara qaçıb getsinlər? Su ilanlarına rast gəlinməsi gözlənilən bir şeydir, təbiidir. Su ilanının heç bir ziyanı yoxdur, sancması da zəhərli deyil. Narahatlığa səbəb yoxdur. Dənizin girintili-çıxıntılı, qamışlıq, daşlıq, qayalıq olan yerlərində çimməsinlər, ilan da görməsinlər”, — Təvəkkül İsgəndərov deyib.
Aytəkin Qardaşova


