Icma.az
close
up
RU
Fransa ilə görüşdə millimizdən faciə gözləyənlər futbolumuzun düşmanlarıdır MÜSAHİBƏ

Fransa ilə görüşdə millimizdən faciə gözləyənlər futbolumuzun düşmanlarıdır MÜSAHİBƏ

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Macarıstanla görüşdə də uduzdu. Səncə, milli bu görüşdə uğurlu nəticə qazana bilərdi, yoxsa necə? Düşünmək olar ki, millimiz hətta San-Marinoya qalib gələ bilməz indi? 

- İnanmıram ki, millimiz San-Marinoya da uduzsun, daha o qədər olmaz. Bu son iki oyuna baxsaq, fikrimcə futbolçular ağır mövsümdan sonra yorğun görünürdülər. Bəziləri il ərzində 50-ə yaxın oyun oynadılar. Belə əhəmiyyətsiz yoldaşlıq oyunlarına güc və motivasiya tapmaq çox çətindir. Hamı dincəlmək istəyir. Çünki 10-15 gündən sonra artıq gələn sezona hazırlıqlar başlayacaq. Macarıstan çox yaxşı,səviyyəli, güclü klublarda oynayan  futbolçulardan ibarət bir komandadır. Onların səviyyəsi mövsümün  imkan verir ki, mövsümün sonunda keyfiyyətli futbol göstərsinlər. 

- Həmin görüşdə uğurlu nəticə qazanmaq olardı?

- Görünürdü ki, macarlar da bütün gücünü ortaya qoymurdular.  Latviya isə öz evində oynayırdı və Albaniyə ilə seçmə mərhələsinin görüşünə hazırlaşırdı. Onlar  bizimlə oyuna çox ciddi yanaşdılar. Nəticədə bu oyunlarda qələbə qazana bilmədik. 

- Azərbaycanda çox mütəxəssis düşünür ki, millimizdə, futbolçularımızda milli ruh yoxdur. Siz də belə düşünürsüz? 

İnanmıram ki, millidə oynayan oyunçular meydançaya çıxanda məsuliyyəti dərk etmir. Bu, mümkün deyil. Deməzdim ki, milli ruhun yoxluğundan əziyyət çəkirik. Millimizin səviyyə problemi var. Futbolçular bacardığı qədər oynayırlar. 

- Bəlkə heyəti sıfırdan yığmaq lazımdır? 

Hazırda millidə yığılan uşaqların 95 faizi Azərbaycanın ən yaxşılarıdır. Demək olar ki, hamı Azərbaycan çempionatında oynayır. Mahir Emreli və Renat Dadaşovu çıxmaq şərtilə, belədir. Türkiyə birinci liqasını və Albaniyə çempionatını isə saymıram. Çünki bu çempionatlar bizim Premyer Liqadan güclü deyil. Bizim Premyer Liqamız da lazım olan səviyyədə deyil. Azərbaycanda şou göstərən futbolçular Avropada rəqiblərə bütün komponentlərdə uduzurlar. Burda ruhdan söhbət gedə bilməz axı. Yenidən heyəti də qura bilməzsən. Çünki daha futbolçu da qalmayıb. 

- Necə düşünürsüz, əsas problemimiz nədədir, baş məşqçidə, yoxsa futbolçuda? Qarşıda millimizi Fransaya qarşı oyun gözləyir. "Oser faciəsi"nin təkrarlanacağını gözləyənlər var. Siz də bunu düşünürsüz? 

- Azərbaycan futbolun və milli komandamızın problemləri hamıya məlumdur. Bu problemlər nə futbolçulardadır, nə də baş məşqçidə. Futbolumuzun səviyyəsini yüksəltmək lazımdır. Amma necə qaldıraq? Əgər Premyer Liqa klubları məşq etməyə meydança tapa bilmirlərsə, təsəvvür edin uşaq futbolu hansı vəziyyətdədir. Birinci növbədə infrastruktur çox önəmlidir. Sənin yaxşı zavodun olmasa, yaxşı səviyyəli maşını necə istehsal edəcəksən?  Milli komandada azərbaycanlılar oynayır, amma futbolçu yetişdirməklə bağlı problemlər var. Çünki infrastruktur yoxdur. Uşaqlar oynadıqları meydançalar bərbad vəziyyətdədir. Üstəgəl, yaxşı milli komandanın olması üçün azı 15-20 azərbaycanlı futbolçu yaxşı liqalarda legioner həyatı yaşamalıdırlar ki, millinin baş məşqçisinin də Avropada oynamağa bacaran futbolçulardan seçimi olsun, o da yoxdur.

Yaxşı xal odur ki, AFFA rəhbərliyi yavaş-yavaş bu problemləri aradan qaldırmağa başlayıb. İnkişaf yolunda düzgün atdımlar atmağa start vermişik. Amma biz çox gecikirik, müasir futbolu sürətli şəkildə qabağa gedir. Fernandu Santuş isə çox yaxşı təcrübəli məşqçidir, bizə xeyir verə biləcək bir məşqçidir. Amma düşünürəm ki, indiki inkişaf dövründə o bizə heç cür kömək edə bilməyəcək. Futbolu maşınlarla müqayisə edək. Tutalım ki, millimiz indi “Lada07”yə bənzəyir, "Formula1” deyil ki, "07" sürmək üçün Şumaxer çağırmağa ehtiyac yoxdur. Bizim öz “avtoşlar”ımız var. Bizim kifayət qədər bacarıqlı yerli mütəxəssislərimiz var. Hansılar ki, canla-başla millimizin başında dura bilərlər. 

Fransa oyun qabağı isə nəsə demək çətindir. Təbii ki, Fransa dünya səviyyəsində ən yaxşılardandır. Amma bu futboldur hər şey ola bilər. Şəxsən mən millimizdən yaxşı, layiqli mübariz oyun gözləyirəm. Fransa ilə görüşdə millimizdən "faciə" gözləyənlər futbolumuzun düşmanlarıdır. Millimizə uğurlar arzu edirəm.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 İyun 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri