Icma.az
close
up
RU
Deputatdan sabit tarifin etiraz doğurmasına REAKSİYA: “Qərar reallığı əks etdirir, əhalinin artan gəlirlərini də nəzərə almaq lazımdır”

Deputatdan sabit tarifin etiraz doğurmasına REAKSİYA: “Qərar reallığı əks etdirir, əhalinin artan gəlirlərini də nəzərə almaq lazımdır”

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov sabit tarifin cəmiyyətdə müzakirələrə yol açmasına, öz mənzilində yaşamayanların da ödəniş etmələri barədə qaydaların etiraz doğurmasına münasibət bildirib.

Bu barədə Pravda.az-a açıqlama verən deputat bildirib ki, məsələyə əvvəlcə sabit tarifin məqsədi və dövlətin bu istiqamətdə yürütdüyü siyasət kontekstindən baxmaq lazımdır.

O deyib ki, sabit tarifin tətbiqində əsas məqsəd kommunal xidmətlərin davamlı maliyyələşdirilməsini təmin etməkdir:

“Dövlət insanların istifadə etməsindən asılı olmayaraq, infrastrukturun dayanıqlı qalması, xidmətlərin fasiləsiz şəkildə göstərilməsi və texniki baxımların həyata keçirilməsi üçün bu cür tariflərə ehtiyac duyur. Azərbaycanda hələ 2021-ci il üzrə dövlət büdcəsində kommunal xidmətlərin xərcləri, təxminən, 1,5 milyard manat təşkil edib. Bu rəqəm yalnız su, qaz, elektrik və kanalizasiya xidmətlərinin deyil, həm də bu xidmətləri təmin edən infrastrukturların saxlanması üçün lazım olan vəsaitin böyük bir hissəsini əks etdirir. İstifadə olunsa da, olunmasa da, bu sistemlərin işlək qalması üçün təmir, yeniləmə və texniki xidmətlər davamlı olaraq aparılmalıdır. Təsəvvür edin, bu rəqəm hər il artan xətt üzrə getməkdədir. Bununla yanaşı, əhalinin artan gəlirlərini də nəzərə almaq lazımdır. Yaddan çıxarmayaq ki, dövlətin perspektivində sabit tarifin tətbiqi, bu xidmətlərin dayanıqlı maliyyələşdirilməsi və infrastrukturun müasir tələblərə cavab verməsi dayanır. Məhz bu səbəbdən qərar tam doğrudur və mövcud reallığı əks etdirir. Əgər biz xarici ölkələrin də praktikasına əsaslansaq, artıq bu təcrübənin illərdir, davam etdiyini görmüş olarıq. Hazırda məsələ üzərində iş getdiyindən bir qədər səbirli olmalıyıq. Çünki qərarın əsl məqsədi sabit tarifin tətbiqi ilə sosial ədalətsizliyi artırmaq və dövlətə olan inamı azaltmaq deyil. Buna görə alternativ yanaşmalar və təkliflər irəli sürülə bilər. Məsələn, boş evlər üçün minimal tariff, yaşayışın sübutu ilə güzəştlər, sosial qruplara güzəştlər və s. Bütün bunların təbliği və təşviqində medianın da rolu böyükdür. Belə ki, məhz media ictimaiyyətlə düzgün əlaqə qurmalı, qərarın səbəbləri və faydalarını izah etməli, ədalətə əsaslanan yanaşmanı kütlələrə çatdırmalıdır. İnanıram ki, qərar yalnız iqtisadi deyil, həm də sosial baxımdan qalıcı və müsbət nəticələrə gətirib çıxaracaq”.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see237

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see168

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see143

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see137

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edən bilər 3 PLAN

12 İyun 2025 09:46see136

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see133

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see132

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see129

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see128

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see126

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see124

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see123

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see119

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see119

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see119

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see119

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see118

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see118

Gələcəkdə yazılmış kitab

12 İyun 2025 09:16see116

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri