Icma.az
close
up
RU
Xəzər dənizinin sürətlə dayazlaşması: Qlobal iqlim dəyişikliyi və regional su böhranı ŞƏRH

Xəzər dənizinin sürətlə dayazlaşması: Qlobal iqlim dəyişikliyi və regional su böhranı ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 sentyabr, AZƏRTAC

Regionun ən böyük ekoloji problemlərindən biri də Xəzər dənizinin səviyyəsinin son illərdə sürətlə aşağı düşməsidir. Xəzərin dayazlaşması qlobal iqlim dəyişmələrinin yaratdığı ciddi ekoloji fəsadlardan biri hesab edilir. Okeanlarla birbaşa əlaqəsi olmayan, planetin ən böyük qapalı su hövzəsi olan Xəzərin səviyyəsini əsasən çaylardan daxil olan su və yağıntılar müəyyən edir. Qlobal istiləşmə Xəzər dənizinin gələcəyi üçün ciddi risk yaradan əsas amillərdən sayılır. Temperatur artdıqca su səthindən buxarlanma güclənir. Nəticədə dənizə daxil olan su ilə itirilən su arasındakı fərq böyüyür. 3 il öncə dərc edilmiş iqlim modelləşdirməsi göstərir ki, XXI əsrdə Xəzər hövzəsində buxarlanmanın artımı yağıntı artımını əhəmiyyətli dərəcədə üstələyə bilər. Bu qorxulu proqnoz reallaşarsa, dənizin su balansı daha da mənfi istiqamətə dəyişəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli səsləndirib.

O bildirib ki, Xəzərin su balansında çayların xüsusi əhəmiyyəti var: "Dənizə təxminən 130 çay axır. Buraya su axınının böyük hissəsi Volqa və Ural çaylarının payına düşür. Buna görə həmin çayların su ehtiyatlarında baş verən dəyişikliklər Xəzərin səviyyəsinə birbaşa təsir göstərir. Volqa çayının hövzəsinə gələn yağıntıların əksər hissəsi Atlantik okeanından gələn hava kütlələridir. Volqa hövzəsinə düşən yağıntının miqdarının azalması Xəzərdə suyun səviyyəsinə birbaşa təsir edir. 2026-cı ildə dərc edilmiş yeni araşdırmaya görə, 1991–2019-cu illər ərzində 5 əsas çaydan - Volqa, Ural, Kür, Terek və Səfidruddan Xəzərə daxil olan orta illik su həcmi iki dövrün müqayisəsində təxminən 41,9 kubkilometr azalıb".

Elman Cəfərli qeyd edib ki, Xəzərin problemi yalnız dəniz üzərindəki temperatur artımı ilə məhdudlaşmır. Onu qidalandıran nəhəng çay sistemlərindəki dəyişikliklər də su balansını zəiflədir:”Xəzərdə suyun səviyyəsinin azalmasına təsir edən digər mühüm amil hövzədə su ehtiyatlarına təzyiqin artmasıdır. Son 20 ildə əhali artıb, iri meqapolislər yaranıb, kənd təsərrüfatı genişlənib. Sənaye, enerji istehsalı, aqrar sektor və içməli su təminatı məqsədilə çaylardan sugötürmələr artıb. Xəzəri qidalandıran çayların üzərində son illər enerji istehsalının hədəfləyən və kənd təsərrüfatı məqsədli su anbarları tikilib. Təkcə İranın Xəzərsahili bölgəsində 40 çayın təhlili aparılıb, nəticələr narahatedicidir. Artan temperatur fonunda buxarlanmanın çoxalması və çay axınlarının azalması tendensiyası müşahidə edilib".

Onun sözlərinə görə, Xəzər dənizini qidalandıran mühüm mənbələrdən biri də Kür çayıdır: "Kürdə su axınının azalması həm ölkəmizin su təminatına, kənd təsərrüfatına və ekosistemlərinə, həm də Xəzərin ümumi su balansına mənfi təsir göstərir.

Xəzərin səviyyəsinin azalması yalnız ekoloji məsələ deyil, həm də ciddi iqtisadi nəticələr doğura bilər. Sahil xəttinin geri çəkilməsi limanların, terminalların, balıqçılıq təsərrüfatlarının, turizm obyektlərinin və digər sahil infrastrukturlarının fəaliyyətinə təsir göstərəcək. Bununla bağlı rəsmi qurumlar dəfələrlə həyəcan təbili çalıb. Dayaz sularda gəmiçilik üçün əlverişli dərinlik azaldıqca əlavə dibdərinləşdirmə işlərinə zərurət yaranacaq. Regionun getdikcə artan ekoloji problemləri, o cümlədən Xəzərdə suyun çəkilməsi bir dövlətin həll edəcəyi məsələ deyil. Dənizin gələcəyi üçün regional əməkdaşlıq vacibdir. Xəzərin dayazlaşması problemi digər 4 sahilyanı dövlətin hamısını - Rusiya, Qazaxıstan, Türkmənistan və İranı da narahat etməlidir. Fikrimcə, Xəzəri qidalandıran çaylardan sugötürmələrə nəzarət mexanimzi işlənib hazırlanmalı, iqlim müşahidələri genişləndirilməli, birgə monitorinqlər aparılmalıdır. 5 ölkə arasında əlaqəli su idarəçiliyinə keçid sürətləndirilməlidir. Ölkəmizin qarşısında duran əsas vəzifə iqlim dəyişiklərinin nəticələrini yumşaldılması üzrə mitiqasiya və adaptasiya tədbirlərini gücləndirməkdir. Xəzəri qidalandıran əsas çaylarda su resurslarının qorunması prioritet vəzifə olmalıdır. Çaylarda su ehtiyatlarının mühafizə edilməsi üçün qənaətcil suvarma texnologiyalalrına keçid sürətləndirılməli, şəhər su şəbəkələrində itkilər azaldılmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2026 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri