Icma.az
close
up
RU
Xəzər dənizinin ekoloji böhranı: Səbəblər və nəticələr ANALİZ

Xəzər dənizinin ekoloji böhranı: Səbəblər və nəticələr ANALİZ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qlobal iqlim dəyişiklikləri, quraqlıq, ekoloji çirklənmə və su böhranı Xəzər regionuna da təhdidlər yaradır. Xəzər dənizinin səviyyəsinin davamlı enməsi və tempraturun artması düzən və səhra şəraitinin üstünlük təşkil etdiyi Xəzərin şərq sahillərində daha çox müşahidə olunur. Dənizin çirklənməsi də elə əsasən o istiqamətdən formalaşır.

Keçən ayın sonu Astana ekologi konfransda bu məsələlər müzakirə olundu. Sentyabrın 24-də BMT Baş Assambleyasında çıxışı zamanı Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev bəyan edib ki, Alatau dağlarında buzlaqların əriməsi sürətləndiyi üçün Mərkəzi Asiya qlobal orta göstəricidən 2 dəfə sürətlə istiləşir, bu da milyonlarla insan üçün su və ərzaq təhlükəsizliyi üçün təhlükələri xeyli artırır.

Vəziyyətin getdikcə təhlükəli hala gəldiyini görən Qazaxstan ekoloji məsələlərdə aktiv siyasət yürüdür. Beynəlxalq Aralın Xilas edilməsi Fondunun sədri olaraq bu sahədə fəal iş aparır və artıq dənizin şimal hissəsinin qorunub saxlanmasına nail olub. Eyni zamanda, Tokayev Xəzər dənizinin sürətlə quruması səbəbindən Mərkəzi Asiya regionundakı tərəfdaşlarla və bütün beynəlxalq ictimaiyyətlə birlikdə Xəzərin su ehtiyatlarının qorunması üçün təcili tədbirlər görməyə çağırır.

Mövcud vəziyyətə nəzər saldıqda Mərkəzi Asiya ekspertləri hesab edirlər ki, Qərb ölkələrinin ekoloji standartlar və davamlı inkişafa sadiqlik barədə yüksək səslə bəyan etmələrinə baxmayaraq, praktikada bütün Xəzər regionu artan ekoloji fəlakətlə üz-üzədir, bu prosesdə əsas rol oynayan da əsasən elə o ölkələrə məxsus transmilli şirkətlərdir, onların fəaliyyəti ciddi ekoloji nəticələrlə müşayiət olunur.

Bu ilin avqustunda Astanada keçirilən “Xəzər ekologiyası: çağırışlar və həll yolları” konfransı zamanı “Xəzərdə şəffaf dünya” layihəsinin koordinatoru Andrey Balaqurov həyəcanverici məlumatlar paylaşıb. Onun sözlərinə görə, 2022-ci ildən bəri peyklər dənizə 450-dən çox şübhəli neft dağılması qeydə alıb, amma onların heç biri Qazaxıstanda rəsmi olaraq çirklənmə kimi tanınmayıb. Eyni zamanda, Qazaxstan ekologiya nazirinin müavini Comart Əliyev ehtimal edir ki, ekofəallar məlumatları neft ləkələri, bulud kölgələri və ya digər atmosfer hadisələri ilə səhv salaraq yanlış şərh etmişlər.

2023-cü ildə, Atırau bölgəsindəki Kaşaqan yaxınlığında böyük bir sürüşmə zamanı baş vermiş ən təəccüblü hadisələrdən birini xatırlamaq kifayətdir. Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun mütəxəssisləri çirklənmənin antropogen xarakterini təsdiqləyiblər. Lakin ölkənin ekologiya rəsmiləri bunun sadəcə olaraq dəniz dibindən qalxan lil olduğunu əsas gətirərək cavab verdilər.

“Xəzərdə Şəffaf Dünya” layihəsinin koordinatorunun qeyd etdiyi kimi, iki müstəqil təsvir,- biri radar və digəri optik,- buludsuz bir gündə böyük qaranlıq ləkəni göstərib. Buna görə də, alətlər tərəfindən qeydə alınan aşkar faktı inkar etmək tənzimləyici orqanlara inamı sarsıdır və vətəndaşları dəniz ekosisteminə real təhlükələr barədə qaranlıqda qoyur.

“Bloomberg” agentliyi Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji qaydaları pozduğuna görə Kaşaqan neft və qaz yatağının işlənməsini həyata keçirən “North Caspian Operating Company” şirkətindən 5,1 milyard dollar cərimə tələb etdiyini bildirib. Ekologiya Nazirliyinin Ətraf Mühitin Tənzimlənməsi və Nəzarəti Komitəsinin sosial şəbəkələrdəki rəsmi səhifəsində NCOC-un fəaliyyətində aşağıdakı pozuntuların müəyyən edildiyi bildirilib;

-“Boşak” neft-qaz emalı zavodunun anbar sahələrində kükürdün icazə verilən həddən artıq- 1 milyon tondan artıq saxlanması;

-İstifadə olunmuş qələvi regenerasiyası üçün müvəqqəti sulfat turşusu anbarının təsdiq edilmiş layihə sənədləri və ekoloji icazə olmadan istismar edilməsi

-ətraf mühitin mühafizəsi planının tam yerinə yetirilməməsi

-çirkab sularının adekvat təmizlənmədən buxarlanma hovuzuna axıdılması

-dövlət ekoloji ekspertizası hesabatının tələblərinə əməl edilməməsi

-ətraf mühitin mühafizəsi üzrə səlahiyyətli orqanın razılığı olmadan lil tutucunun məqsədinin dəyişdirilməsi;

-təmizlənməmiş xam qazın ekoloji icazə olmadan yandırılması;

-mənzil-kommunal obyektin buxarlanma çənlərində lazımi icazələr olmadan icazəsiz tullantılara yol verilməsi.

“North Caspian Operating Company” konsorsiumu ətraf mühitə dəyən zərərin ödənilməsinə alternativ olaraq, fərqli yanaşmaya qərar verib və Qazaxıstan hökumətinə 110 milyon dollarlıq sosial sərmayə müqabilində 5,1 milyard dollarlıq iddiasından imtina etməyi təklif edib ki, bu da ölkədə ictimai etiraza səbəb olub. Ölkə siyasətçiləri Qazaxıstana uzun müddət davam edən qanun pozuntularına görə kompensasiya əvəzinə simvolik məbləğ vəd edilməsindən hiddətləniblər və ekoloqlar qeyd ediblər ki, hökumət NCOC-un təklifini qəbul edərsə, bu, Qərb korporasiyalarının öz şərtlərini diktə etməsinin və ciddi məsuliyyətdən yayınmasının daha bir parlaq nümunəsini göstərəcək.

Qeyd edək ki, müxtəlif şirkətlər transmilli korporasiyalar üçün gəlirli hədəf olan Kaşaqan yatağına 50 milyard dollardan çox sərmayə qoyub və yatağın işlənməsi üzrə tərəfdaşlar arasında Shell Plc, Exxon Mobil Corp., Eni SpA, TotalEnergies SE, China National Petroleum Corp., və Inpex Corp. var.

Buna baxmayaraq, 2025-ci ilin avqustunda NCOC konsorsiumu apellyasiya məhkəməsinin “məsuliyyətlə və Qazaxıstan Respublikasının qanunlarına uyğun olaraq, eləcə də qüvvədə olan standartlara və qabaqcıl təcrübələrə uyğun olaraq həyata keçirilən NCOC-un kükürdün idarə edilməsi əməliyyatlarının düzgünlüyünü təsdiqləyən” qərarını alqışladı.

Beləliklə, qərbli iş adamları Kaşaqanın çirklənməsi ilə bağlı əks-iddialarını məhkəmədə sübut ediblər. Sanki ötən ilin oktyabrında “Kaşaqan” yatağı akvatoriyasında 300-ə yaxın suitinin ölümü heç baş verməyib. Həqiqətən də, “Kaşaqan”ın və digər dəniz yataqlarının işlənilməsi başlayandan bəri, demək olar ki, elə bir il olmayıb ki, Xəzər dənizində ixtiofaunanın ölümü ilə bağlı fövqəladə hadisə baş verməsin. 2000-ci ilin yazında Şərqi Kaşaqanda aktiv qazma işləri aparılarkən Xəzər suitilərinin kütləvi ölümü baş vermişdi. Mühafizəkar hesablamalara görə, bu heyvanların 10.000-dən çoxu təkcə Şimali Xəzərin sahillərində tələf olub.

Qərb konsorsiumunun ekoloji təhlükəsizliyə, milli maraqlara və Qazaxıstanın gələcəyinə ciddi zərbə vurması ölkədə ictimai etirazları və sosial narazılığı artırıb. Hökumət bu istiqamətdə fəaliyyətini gücləndirməyə məcbur olub.

İyulun 24-26-da Altay dağlarında (Rusiya) keçirilən beynəlxalq ekoloji konfrans zamanı Rusiyanın baş naziri Mixail Mişustin və qazaxıstanlı həmkarı Oljas Bektenov arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş görüş keçirilib. Tərəflər 2025-ci ildə transsərhəd Ural çayı hövzəsində “Jayk-Ural hövzəsi: Təmiz sahillər və mehriban qonşuluq” adlı birgə ekoloji kampaniya keçirmək barədə razılığa gəliblər. Proqrama elmi tədqiqatlar, tullantı sularının təmizlənməsi sistemlərinin yenidən qurulması, su anbarlarının balıqla təminatı və ekosistemin bərpası daxildir.

Ötən ilin yayında XI Nevski Beynəlxalq Ekoloji Konqresi çərçivəsində Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın müvafiq nazirlik və qurumlarının rəhbərlərinin iştirak etdiyi “Xəzər: gələcək naminə əməkdaşlıq” adlı sessiya keçirilib.

Bundan başqa, Xəzərdə əməkdaşlıq üçün hər cür şərait mövcuddur. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya (14 avqust 2018-ci il) Xəzəryanı dövlətlər arasında onun ehtiyatlarından səmərəli istifadə, habelə onun təbii mühitinin öyrənilməsi, mühafizəsi və mühafizəsi üzrə əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə kömək edir.

Xəzəryanı dövlətlər ekoloji problemlərin mənfi təsirlərini minimuma endirmək üçün təxirəsalınmaz tədbirləri, həm də uzunmüddətli strategiyaları özündə birləşdirən kompleks yanaşma nəzərə alınmaqla, iqlim dəyişikliyinə uyğunlaşma, biomüxtəlifliyin qorunması və davamlı regional iqtisadiyyatın inkişafı üçün tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi zərurəti ilə üzləşirlər.

Əlbəttə, Xəzərdə problem təkcə çirklənmə deyil, hərçənd ki bu, dəniz adlandırılsa da faktiki göldür, okeana birbaşa çıxışı olmayan qapalı hövzədir və buraya axıdılan tullantılar digər dənizlərdə olduğu kimi dünya okeanına qarışaraq təmizlənmir. Və çaylarla hövzəyə axan su azalanda dünya okeanının səviyyəsi tənzimlənmir. Əsas problemlərdən biri də, dənizin suyunun formalaşdıran çayların suyundan sənaye, təsərrüfat və içməli su məqsədləri üçün hədsiz istifadə nəticəsində dənizə gələn su həcminin kəskin azalmasıdır. Son dövrlərdə Xəzərin ən böyük su təchizatçısı olan Volqa çayının suyundan həmin bölgədə salınmış böyük aqrar təsərrüfatların və sənaye müəssisələrinin ehtiyacları üçün istifadə edilməsi dənizə gələn su həcmini xeyli azaldır. Eləcə də Ural, Terek, Kür, Samur və digər çayların da suyu bu məqsədlərlə çox istifadə olunduğundan dənizə gələn su həcmi xeyli azalıb. Nəticədə dənizdə su səvizyyəsi sürətlə aşağı düşür.

Xəzər dənizinin qurumağa doğru getməsi bütün region üçün ekoloji fəlakətə çevrilə bilər. Aral dənizin nümunəsində bunu hamı görüb və bu səbəbdən dənizin qorunub saxlanması və ekosistemin pozulmasının qarşısının alınması ən vacib məsələ olaraq qarşıda dayanır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri