Xəzər sahilində quşlar kütləvi şəkildə niyə ÖLÜR?
Icma.az, Milli.az saytına istinadən bildirir.
Xəzər dənizinin Şüvəlan sahili boyunca kütləvi quş ölümü qeydə alınıb. Sakinlərin verdiyi məlumata görə, sahilə səpələnmiş çox sayda ölü quş cəsədi ətrafdakılarda ciddi narahatlıq və maraq doğurub.
Milli.Az yə istinadən xəbər verir ki, çəkiliş qrupu ərazidə olarkən hər addımbaşı batağan quşlarının cəsədlərinə rast gəlib.
Qeyd edək ki, batağanlar Antarktidadan başqa dünyanın bütün bölgələrində yaşayan quş növüdür. Onların 22 növündən üçünün nəsli kəsilmiş hesab olunur. Ölkəmizə əsasən qışlamaq üçün miqrasiya edən bu quşların cəsədlərinə son günlər paytaxtın digər sahil ərazilərində də rast gəlinib.
Ekoloqlar bildirirlər ki, kütləvi ölümün səbəbi təbii amillər, yoluxucu xəstəliklər və ya qida çatışmazlığı ilə bağlı ola bilər. Lakin dəqiq səbəb yalnız mütəxəssis rəyindən sonra bəlli olacaq. /Xəzər TV
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:234
Bu xəbər 14 Mart 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















