“Xəzər TV”də veriliş Almaxanıma görə yarımçıq saxlanılıb? Müğənninin atası danışdı
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Xəzər TV”də efirə gedən "İncə səhər" verilişinin yayımının tanınmış müğənni Almaxanım Əhmədlinin ifasından sonra dayandırılması müzakirələrə səbəb olub. Yayımın Mədəniyyət Nazirliyinin tapşırığı ilə dayandırıldığı bildirilir.
Mia.az xəbər verir ki, Pravda.az bununla bağlı Almaxanım Əhmədli ilə əlaqə yaratmağa çalışsa da, mümkün olmayıb.
İfaçının atası, tanınmış şair, professor Vüqar Əhməd isə məsələyə aydınlıq gətirib: “Montajda problem olub. Vüsalə xanım (red.- aparıcı Vüsalə Əlizadə) Bakıda deyil. İlk dəfə olaraq çəkiliş etmişdi. Veriliş “brak” gedib. Hazırda montaj gedir, sabah yenidən efirə veriləcək. Heç bir problem yoxdur”.
Qeyd edək ki, "Xəzər TV" məsələ barədə mövqe bildirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 27 Noyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















