Icma.az
close
up
RU
Xəzərdəki suitilər ölür, yoxsa ÖLDÜRÜLÜR? SENSASİON DETALLAR

Xəzərdəki suitilər ölür, yoxsa ÖLDÜRÜLÜR? SENSASİON DETALLAR

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat yayıb ki, Qazaxıstanın Mangistau vilayətinin Tupkaraqan rayonunda Xəzər dənizi sahilində 88 ölü suiti aşkarlanıb.

Suitilər aprelin 29-da sahilyanı monitorinq zamanı aşkar olunub. Qeyd olunur ki, heyvanların cəmdəkləri çürümə mərhələsindədir, bu isə ölüm səbəbinin müəyyənləşdirilməsini çətinləşdirir.
 

Mütəxəssislər hesab edir ki, miqrasiya edən suitilər qanunsuz balıq ovu məqsədilə qurulmuş torlara ilişərək boğulurlar. Suitilərin məhv olmasının digər səbəbi qida zəncirindəki dəyişikliklər, Xəzər dənizinin ekosisteminə yeni növlərin gətirilməsi, isti keçən qış, iqlim dəyişməsi səbəbindən təbii çoxalma dövrünün pozulması, müxtəlif xəstəliklər, o cümlədən suiti vəbası, balıq ovunda istifadə edilən qadağan olunmuş ov vasitələri və brokonyerlikdir.

Xəzərin dəyişən ekosistemi
 

Sfera.az “TASS” Agentliyinə istinadən xəbər verir ki,  mövzu ilə bağlı Bizim.Media-ya danışan Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı Süleyman Süleymanov deyib ki,  Xəzər dənizində suitilərin kütləvi şəkildə məhv olmasının bir neçə səbəbi var:

“Əsas Xəzər dənizində ekosistemin dəyişməsidir. Son illər Xəzər sürətlə çirklənir. Bu çirklənmə də dənizdəki faunanı məhv edir. Yəni təkcə suitilər deyil, Xəzərdəki digər canlılar da məhv olur.


Bilirsiniz ki, suitilər balıqlarla qidalanır. Son illər Xəzərdə balıqların azalması suitilər üçün qida problemi yaradıb. Ona görə suitilərin kütləvi şəkildə ölməsi həm də qida çatışmamazlığı ilə bağlıdır”.

İnstitutun əməkdaşı digər bir səbəbin suitilərin məcburən ovlanması olduğunu söyləyib:
 

“Son illər apardığımız müşahidələr göstərir ki, dəniz sahillərində aşkar edilən suiti leşlərinin üzərində zorakılıq əlamətləri var. Bu da onunla bağlıdır ki, ac suitlər balıqçıların torlarına hücum edir. Tora düşmüş balıqları yeyirlər. Belə vəziyyətdə isə özləri də tora düşürlər. Balıqçılarsa tora düşmüş suitiləri xilas yox, sadəcə məhv edirlər.
 

Son günlər Mahaçqala yaxınlığında qeydə alınan kütləvi məhv olmada balıqçı faktoru da ehtimal edilir. Çünki suitilər döl tökmək üçün şimala çayların deltasına kütəvi şəkildə axın edirlər.


Bu zaman gəmilərlə böyük ov edən balıqçıların toruna tuş gəlirər”.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 May 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri