Icma.az
close
up
RU
Xəzərdən dünyaya enerji axını ŞƏRH

Xəzərdən dünyaya enerji axını ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

4 mart 2026- cı il tarixdə Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı vurğulamışdır ki, Azərbaycan zəngin enerji ehtiyatlarına malik olmaqla yanaşı, Avrasiya məkanında mühüm tranzit və enerji qovşağı kimi formalaşmışdır. Azərbaycan həm Xəzər hövzəsinin karbohidrogen resurslarının hasilatçısı, həm də bu resursların beynəlxalq bazarlara təhlükəsiz və dayanıqlı şəkildə çatdırılmasını təmin edən etibarlı tərəfdaş kimi çıxış edir. Ölkənin əlverişli geosiyasi və geoiqtisadi mövqeyi – Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi – onun enerji diplomatiyasını xarici siyasətin prioritet istiqamətlərindən birinə çevirmişdir.

Müstəqilliyin ilk illərində müəyyənləşdirilən enerji strategiyası Azərbaycanın iqtisadi inkişaf modelinin əsasını təşkil etmişdir. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb olunmasına, yeni texnologiyaların tətbiqinə və milli enerji infrastrukturunun yenidən qurulmasına imkan yaratdı. Bu müqavilə nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən zəngin neft yataqlarının istismarı sürətləndi və ölkə qısa müddətdə qlobal enerji bazarının mühüm iştirakçısına çevrildi.

Azərbaycanın tranzit ölkə kimi rolunu şərtləndirən əsas amillərdən biri ixrac marşrutlarının şaxələndirilməsi siyasətidir. Bu baxımdan, Bakı–Tbilisi–Ceyhan neft kəməri xüsusi əhəmiyyət kəsb edir. Sözügedən kəmər Xəzər neftini Gürcüstan və Türkiyə ərazisindən keçməklə Aralıq dənizinə çatdırır və Azərbaycan neftinin dünya bazarına birbaşa çıxışını təmin edir. Layihə region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirmiş və Cənubi Qafqazın enerji xəritəsini köklü şəkildə dəyişmişdir.

Təbii qaz sahəsində isə Bakı–Tbilisi–Ərzurum qaz kəməri və onun tərkib hissəsi olduğu Cənub Qaz Dəhlizi Azərbaycanın strateji əhəmiyyətini daha da artırmışdır. Cənub Qaz Dəhlizi Xəzər qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya nəql edən genişmiqyaslı enerji sistemidir. Bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyi siyasətində mühüm yer tutur və qaz təchizatının mənbə və marşrut baxımından şaxələndirilməsinə xidmət edir. Beləliklə, Azərbaycan yalnız ixracatçı deyil, həm də regionlararası enerji körpüsü funksiyasını yerinə yetirir.

Enerji siyasətinin digər mühüm istiqaməti tranzit potensialının genişləndirilməsidir. Azərbaycan ərazisi vasitəsilə yalnız yerli resurslar deyil, həm də qonşu ölkələrin enerji ehtiyatları dünya bazarına çıxarıla bilər. Bu isə ölkəni regional enerji qovşağına çevirir və onun geoiqtisadi çəkisini artırır. Eyni zamanda, tranzit layihələri dövlət büdcəsinə əlavə gəlirlər gətirir, yeni iş yerləri yaradır və infrastrukturun modernləşdirilməsini sürətləndirir.

Son illərdə Azərbaycan enerji sektorunda şaxələndirmə siyasətini daha da dərinləşdirərək bərpa olunan enerji mənbələrinə xüsusi diqqət yetirir. Xəzər dənizinin külək enerjisi potensialı, eləcə də ölkənin günəş enerjisi imkanları “yaşıl enerji” konsepsiyasının inkişafına zəmin yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji zonası”nın yaradılması təşəbbüsü Azərbaycanın gələcəkdə alternativ enerji ixracatçısına çevrilməsi perspektivini gücləndirir. Bu istiqamət ölkənin tranzit rolunu yeni mərhələyə daşıyaraq onu təkcə neft-qaz deyil, həm də elektrik enerjisi ötürülməsi sahəsində regional mərkəzə çevirə bilər.

Bütün bu amillər göstərir ki, Azərbaycan enerji ehtiyatlarına malik ölkə olmaqla yanaşı, Avrasiya enerji sistemində strateji tranzit platforması kimi çıxış edir. Müasir infrastruktur, beynəlxalq tərəfdaşlıqlar, enerji diplomatiyasının çevikliyi və davamlı inkişaf strategiyası ölkənin qlobal enerji təhlükəsizliyində rolunu möhkəmləndirir. Nəticə etibarilə, Azərbaycan modeli enerji resurslarının səmərəli idarə olunması və tranzit imkanlarının effektiv istifadəsi baxımından region üçün nümunəvi təcrübə kimi qiymətləndirilə bilər.

Tural Sadıxov

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2026 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri