Icma.az
close
up
RU
Bakı Limanı Xəzərdən dünyaya açılan dəmir qapı

Bakı Limanı Xəzərdən dünyaya açılan dəmir qapı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Azərbaycan Dəmir Yolları” qurumun çevik və səmərəli fəaliyyətini təmin edəcək

Prezident İlham Əliyevin “Azərbaycan Dəmir Yolları”nın (ADY) yenidən təşkili haqqında imzaladığı fərmana əsasən, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini gerçəkləşdirmək məqsədilə ADY “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınıb.

Sənəddə Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilən məsələlərin dövlət başçısı ilə razılaşdırmaqla həyata keçirilməsi, normativ hüquqi aktların, eləcə də digər mühüm səlahiyyətlərin reallaşdırılması Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) tapşırılıb. Limanın Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və yerli normativ hüquqi aktlarla müəyyənləşdirilən hüquqları və öhdəlikləri, habelə əmlakı da “Azərbaycan Dəmir Yolları”nın sərəncamına keçirilib.

Respublikamızın ən mühüm strateji infrastrukturunun –“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Azərbaycan Dəmir Yolları”na birləşdirilməsi, əslində, təsadüfi hal sayılmır. Bu, ilk növbədə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dönəmlərdə idarəetmə fəaliyyəti ilə bağlı həyata keçirilən islahatların sistemli və ardıcıl xarakter daşıması ilə bağlıdır.

Xatırladaq ki, bu dövrdə ölkədə həm yeni nazirliklər yaradılıb, həm ayrı-ayrı nazirliklərin təkrarlığı aradan qaldırılıb, həm birləşmə prosesi gedib, həm də bəziləri ləğv edilib. Bir sözlə, dövlət başçısı çevik idarəetmə mexanizminə hər zaman xüsusi diqqət yetirib, ölkədə idarəetmənin daha çevik mexanizmlər vasitəsilə gerçəkləşdirilməsinə mühüm önəm verib.

Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər. Prezident İlham Əliyev cari il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bu barədə deyib: “Son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlanmışdır. İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açılmışdır. Uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var”.

Ölkə rəhbəri müsahibədə dövlət şirkətlərində nəzərə çarpan çatışmazlıqların – uzun illər özünü qabarıq büruzə verən bir sıra problemlərin idarəetmədə olan qüsurlar və pozuntularla bağlı olduğunu bildirib. Prezident İlham Əliyev belə vəziyyətə son qoymaq üçün artıq 10-a yaxın dövlət şirkətində yeni idarəetmə modelinin yaradılmasına qərar verdiyini və bunun müsbət nəticələrinin isə müşahidə edildiyini deyib. Prezident İlham Əliyev Dövlət Neft Şirkəti və “Azərbaycan Hava Yolları”nın uzun illər zərərlə işlədiklərini, dövlət büdcəsinə müraciət etdiklərini, dövlətdən dotasiya aldıqlarını, hazırda isə sağlamlaşdırma və kadr islahatı mərhələsini artıq uğurla başa çatdıraraq yeni idarəetmə modeli əsasında gəlir qazandıqlarını, öz ehtiyaclarını özləri qarşıladıqlarını da vurğulayıb.

Dövlətimizin başçısı fikirlərinin davamında Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması barədə də fikirlərini diqqətə çatdıraraq bildirib ki, yeni qurumun fəaliyyətində əsas məqsəd nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi qurmaq, təsisata tabe təşkilatlar arasındakı koordinasiyanı gücləndirməkdir.

Qeyd edək ki, AZCON-un yaradılmasını şərtləndirən amillərdən biri respublikamızın mühüm gəlir mənbəyi olan və ölkənin siyasi çəkisinə müsbət təsir göstərən nəqliyyat və bu sahə ilə əlaqədar bağlantıların səmərəli fəaliyyətinə əsaslanır. Ekspertlərin fikrincə, bu məsələdə də tam şəffaf və koordinasiyalı işlək mexanizmin yaradılması zəruridir. Bununla bağlı ölkə rəhbərinin müsahibədə vurğuladığı fikirlər mühüm önəm daşıyır. Məsələn, dövlət başçısı AZCON-un Xəzər Gəmiçiliyinin yüklərin daşınması ilə bağlı fəaliyyətində səmərəliyin artırılacağını, gömrük rəsmiləşdirilməsində süni əngəllərin, pozuntuların aradan qaldırılacağını, paralel olaraq nəqliyyat sektorunun rəqəmsallaşdırılması prosesinə ciddi diqqət yetiriləcəyini əminliklə diqqətə çatdırır.

Qeyd edək ki, ölkədə nəqliyyat infrastrukturuna investisiyalar qoyulmasına və müxtəlif nəqliyyat növləri üzrə ayrı-ayrı layihələrin icra olunmasına baxmayaraq, nəqliyyat növlərinin koordinasiyalı fəaliyyəti ilə bağlı çatışmazlıqlar müşahidə olunur. Azərbaycan Prezidentinin 2023-cü il 19 aprel tarixli Sərəncamı ilə Nəqliyyatı Əlaqələndirmə Şurası və 2024-cü il 7 noyabr tarixli Fərmanı ilə nəqliyyat sektorunda vahid idarəetmə prinsiplərinin tətbiqi, fəaliyyətin təkmilləşdirilməsi və maliyyə dayanıqlılığının artırılması məqsədilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” (AZCON) publik hüquq şəxsin yaradılması da nəqliyyat sistemində koordinasiyalı fəaliyyətin təmin olunması məqsədi daşıyır. Dövlətimizin başçısının müvafiq sərəncamı ilə Bakı Limanının birləşdirildiyi “Azərbaycan Dəmir Yolları” ASC-nin də həmin holdinqin– AZCON-un tabeliyinə verilməsi bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu gün tam gücü ilə fəaliyyət göstərir və bu infrastrukturun inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşdırılıb. Bununla da onun yükaşırma həcmi illik 15 milyon tona çatdırılıb. Limanın ikinci mərhələsinin inşası ilə bağlı hazırlıq layihəsi və dizayn işləri yekunlaşdırılıb. Tikintiyə başlanılması qərarının isə bu ilin əvvəlində veriləcəyi nəzərdə tutulub. İkinci mərhələnin yekunlaşdırılmasından sonra isə limandan ildə 25 milyon tona qədər yükün aşırılacağı, 500 min TEU konteynerin keçə biləcəyi planlaşdırılıb.

Ticarət Limanında 2024-cü ildə konteyner, TIR daşımalarında çox yüksək nəticələr əldə edilib. Bu istiqamətdə göstəricilərin cari il daha da artacağı gözlənilir. Xüsusilə gömrük rəsmilləşdirilməsi nəticəsində idxal-ixrac əməliyyatlarında artım olacağı proqnozlaşdırılır. Ötən il ən böyük artım tranzit sahəsində müşahidə olunub. Söhbət xüsusilə Çindən Avropa istiqamətində daşınan yüklərin tranzitindən gedir. Bu, əlbəttə ki, Orta Dəhliz layihəsi ilə bağlıdır.

Xatırladaq ki, Trans –Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz çoxdur. Keçən ilin yanvar-noyabr aylarında isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımalarının həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 63 faiz artaraq 4,1 milyon tona çatıb.

Bakı Limanında 2023-cü ildə 7,4 milyon ton yük aşırılıb. Bu, 2022-ci illə müqayisədə, təxminən, 16 faiz çoxdur. Ümumi yükaşırmanın 5,3 milyon tonu və yaxud 72 faizi tranzit yüklərin payına düşüb. Vaqonların 18,6 mini və yaxud 49,7 faizi Bakı–Türkmənbaşı–Bakı, 18,7 mini və yaxud 50,3 faizi isə Bakı–Kurık–Aktau–Bakı istiqamətində hərəkət edib.

Bununla yanaşı, 2023-cü ildə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı əvvəlki ilə nisbətən 5,3 faiz artaraq 54,2 min ədəd olub. Bu nəqliyyat vasitələrinin 25,8 mini (47,6 faizi) Bakı–Türkmənbaşı–Bakı, 28,4 mini (52,4 faizi) isə Bakı Kurık–Bakı istiqamətində daşınıb. Hesabat dövründə konteynerlərin aşırılması TEU ekvivalentində 16 faiz azalaraq 43,9 min olub.

Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində qarşıdakı 3 il ərzində çeşidləmə məntəqəsində əlavə 4 dəmiryolu xətti və konteyner terminalı tikiləcək ki, bu da yüklərin çeşidlənməsində operativliyin təmin edilməsinə imkan yaradacaq.

Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manat təşkil edib. Liman ilk vaxtlarda yük, neft və bərə terminallarından ibarət olub.

Dəniz ticarəti imkanlarından faydalanmaq üçün bir sıra dünya ölkələrində liman qovşağının yaradılmasına investisiya qoyulur. Azərbaycanda və ölkə xaricində liman əməliyyatları ilə yanaşı, gəmilərin müasirliyi və yükgötürmə qabiliyyətinin yüksək olması da vacib məsələlərdən biridir.

Dünyada baş verən proseslər səbəbindən bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rolu artıb. Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan respublikamız sözügedən infrastruktur açılandan sonra dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. “Bir kəmər, bir yol” meqalayihənin əsas qollarından olan Bakı Limanı dünya ticarətinin və ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafına çox böyük təsir göstərib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri