Icma.az
close
up
RU
Xəzərdən içməli su əldə ediləcək Muxtar Babayev

Xəzərdən içməli su əldə ediləcək Muxtar Babayev

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir.

Modern.az Report-a istinadla xəbər verir ki, bunu COP31-də Azərbaycan pavilyonunda təşkil olunan "Geniş miqyasda su təhlükəsizliyi - Su prioritetlərindən maliyyələşdirilə bilən, iqlimə davamlı infrastruktura doğru" başlıqlı sessiyada Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.

Onun sözlərinə görə, su resurslarının əhəmiyyətli bir hissəsi sərhədlərimizdən kənarda formalaşır, bu da transsərhəd əməkdaşlığı həyati dərəcədə vacib edir:

"Bakı və Abşeron yarımadası da şirin su təchizatında yarımadadan kənar mənbələrdən asılıdır. Buna görə də bu təchizat mənbələrinin diversifikasiya olunması bizim uzunmüddətli davamlılığımızın mərkəzində dayanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram infrastruktur investisiyalarını sudan daha səmərəli istifadə və alternativ təchizat mənbələri ilə əlaqələndirir".

M.Babayev qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində "ACWA Power" şirkəti ilə birlikdə həyata keçirilən Xəzər dənizinin suyunun zərərsizləşdirilməsi (duzsuzlaşdırılması) layihəsi bu yanaşmanı praktiki olaraq reallaşdırır:

"Layihənin planlaşdırılan gücü gündə 300 000 kubmetr içməli su təşkil edir. Bu layihə Bakı və Abşeron üçün əlavə su mənbəyi təmin edərək mövcud şirin su ehtiyatlarından asılılığı azaldacaqdır. Bu layihə beynəlxalq əməkdaşlığın milli uyğunlaşma prioritetini necə dəstəkləyə biləcəyini nümayiş etdirir.

Dövlət ictimai tələbatı müəyyən edir, özəl investisiyalar və təcrübə isə bu infrastrukturu istifadəyə verməyə kömək edir. Əsas məqsəd aydın olaraq qalmalıdır: əhali üçün etibarlı və əlçatan su təminatı.

COP29-da biz iqlim maliyyələşdirilməsini beynəlxalq fəaliyyətin mərkəzinə gətirmək üçün çalışdıq. Su təhlükəsizliyi həmin maliyyənin nəyə yönəldilməli olduğunu göstərir: su qıtlığı həyati əhəmiyyətli xidmətləri və iqtisadi fəaliyyəti təhdid etməzdən əvvəl investisiya qoyuluşu.

Mən burada iştirak edən hökumətləri, biznes nümayəndələrini və maliyyə institutlarını bu təcrübənin su qıtlığı ilə üzləşən digər ölkələrdə oxşar layihələrin maliyyələşdirilməsinə necə dəstək ola biləcəyini nəzərdən keçirməyə dəvət edirəm. Milli prioritetlərin həyata keçirilməsi üçün onların maliyyələşdirilməsinə və icrasına kömək etməyə hazır olan tərəfdaşlara ehtiyac var.

Bizim məqsədimiz dəyişən iqlimin təzyiqlərinə tab gətirə biləcək etibarlı su təchizatını təmin etməkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Noyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri