Icma.az
close
up
RU
Xəzəri nə azaldır: Təbiət, yoxsa Rusiya? Professordan maraqlı MÜSAHİBƏ

Xəzəri nə azaldır: Təbiət, yoxsa Rusiya? Professordan maraqlı MÜSAHİBƏ

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son vaxtlar əsas ekoloji problemlərdən biri də Xəzər dənizinin suyunun azalmasıdır. 

Mütəxəssislər bu istiqamətdə mövcud vəziyyətlə bağlı bir sıra fikirlər səsləndirsələr də, problem hələ ki, öz həllini tapmayıb. Bugünlərdə Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bu istiqamətdə mövcud vəziyyətə toxunub: 

“2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. 

Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır”.

“Cebheinfo.az”-ın müsahibi Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudovdur:

-Bugünlərdə ölkə başçısı Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Xəzər dənizində suyun sürətlə azaldığını və bunun bir sıra səbəbləri olduğunu bildirdi. Xəzər dənizi niyə getdikcə azalır? 

-İqlim dəyişmələri təkzibolunmaz bir prosesdir. Ölkəmizdə  COP29 keçirildi və orada təsdiq edildi ki, dünyada iqlim dəyişmələri prosesi gedir. Su ehtiyatlarının azalması və ya ayrı-ayrı su obyektlərində səviyyənin dəyişməsi, o cümlədən Xəzər dənizində baş verən proseslər bu dinamikanın gedişi ilə bağlı informasiya verilir. 

Dünyada bütün su obyektlərində gedən proseslər, istənilən su obyekti, onun formalaşması, səviyyəsi iqlimin məhsuludur. İqlimdə dəyişmələr gedirsə, buxarlanma artırsa, yaxud azalırsa, bu mütləq özünü su obyektinə təsirdə göstərməlidir. 

Ölkəmizin başçısı iqlim dəyişmələrini qəbul edərək orada digər faktorların Xəzər kimi böyük bir hövzəni dəyişməsinə təsirini nəzərə alır. İstər bizim ölkənin, istərsə də digər ölkələrin dövlət başçıları belə bir ifadə işlədirlərsə, ikinci dərəcəli faktorları da nəzərə alırlar. Yəni Xəzərətrafı ölkələr ikinci dərəcəli amillər, xüsusən Volqa çayının axınının süni azaldılması kimi məsələlər nəzərdə tutulur. Ancaq iqlim dəyişmələri də istər elmi, istərsə də praktik cəhətdən təsir göstərir. 

- Bildirilib ki, faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Birgə səylər bu problemin qarşısını ala biləcəkmi? 

-Bəli. Ölkə başçısı da onu nəzərdə tutur ki, Xəzər üzrə koordinasiya komitəsi var. Bu koordinasiyadan istifadə, qarşılıqlı münasibət, Xəzərin qorunması üçün birlikdə əlaqələrin genişlənməsi, mühafizəsi kimi məsələlər nəzərdə tutulur ki, bununla biz onun qarşısını ala bilərik. 

-Süni yolla Volqa çayının Xəzərə axmasının qarşısını almaq mümkündürmü?

-Burada sudan istifadə məsələləri də rol oynayır. Belə ki, Volqa çayında Kaskad su anbarları var. Hər il təbii axın onu doldura bilir. Ancaq təbii axın azalanda, yağıntının azalması, buxarlanmanın artması, sudan istifadənin genişlənməsi zamanı su anbarları normal həcm səviyyəsinə çatmır. 1992-ci ildə qəbul edilmiş Helsinki Konvensiyası Transxəzər çaylardan, göllərdən istifadəyə dair hüquqi sənəddir. 

Ancaq çox ölkələr buna əməl etmir. Məsələn, Rusiyadan axan Volqa, Gürcüstandan axan Kür çayı, Ermənistandan axan Araz çayı var ki, onlar həmin Helsinki Konvensiyaya görə çayların ekoloji axınını təmin etmək üçün normativ sənədlərə uyğun su buraxmalıdırlar. Ancaq təbii ki, buna əməl olunmur. 

Bəzi ölkələr var ki, Konvensyanın üzvü deyil. Məsələn, Gürcüstan, Ermənistan ona qoşulmayıb. Ancaq Azərbaycan bu Konvensiyaya qoşulub. Rusiya Volqa çayında Kaskad su anbarlarını doldurulmasında istifadə edir və Xəzərə gələcək axın daha da azalır. Bu məsələlər tənzimlənməlidir. Hər ölkənin özünün marağı var. Helsinki Konvensiyasına əməl etsələr, su anbarlarını doldurmalıdırlar. Ümumilikdə isə iqlim dəyişmələri bütün su anbarlarına təsir edir.

-Ümumiyyətlə, Xəzərdə su azalmalarının qarşısını almaq mümkündürmü?

-Xəzər böyük hövzədir və əsas onun balans elementləri buxarlanma, yağıntı, çay axımıdır. Çay axımı, yağıntı azalır, buxarlanma artır. Xəzərə tökülən çayların illik axını azalır. Təbiətə müdaxilə etmək, məsələn, buxarlanmanın, yağıntının qarşısını almaq insan gücündən kənardır. Ancaq Xəzərə tökülən axınları biz beynəlxalq hüquqlara görə tənzimləsək və sudan istifadə məsələlərini avtomatlaşdırsaq, yəni insanın üzərinə düşən öhdəliyi yerinə yetirsək, bu problemin qarşısını müəyyən dərəcədə almaq olar. 

Tamamilə insanın müdaxiləsi ilə Xəzərin səviyyəsini qorumaq mümkün olmaz. Yəni təbiət özü də tənzimləməlidir. Xəzərin səviyyəsi 1977-ci ilə kimi indiki mənfi 29-04-ə düşmüşdü. Sonra elə oldu ki, təbiət özü yağıntını da, buxarlanmanı da normallaşdırdı. 

1996-cı ilə kimi Xəzərin səviyyəsi özü 2 metr 60 santımetrə qədər qalxdı. Bu zaman heç layihəyə ehtiyac olmadı. Bu istiqamətdə insanın həll edə biləcəyi məsələlər var. Ancaq bu, Xəzərin səviyyəsinin tam artması demək deyil. Təbii proseslər zamanla əvvəlki vəziyyətini almasa, problem qalacaq.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: xəzər Rza Mahmudovdur

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri