Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Xəzərin 8 ci “polad ada”sı

Xəzərin 8 ci “polad ada”sı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qərbi Çıraq” platformasının istismara verilməsindən 12 il ötür

“Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasilatına başlanıldığı “Çıraq” yatağı ehtiyatların zənginliyi ilə seçilir. 1997-ci ilin payızında istismarına başlanmış bu yatağın geniş bir ərazinin əhatə etməsi, eləcə də zəngin neft ehtiyatları burada daha bir hasilat platformasının inşasına zərurət yaradıb. Məhz bu səbəbdən yatağın qərb cinahında yerləşən ehtiyatların işlənməyə cəlb edilməsi məqsədilə 2010-cu ilin martın 9-da konsorsiumun rəhbər komitəsi tərəfindən yeni bir qərar qəbul edilib. 

“Qərbi Çıraq” layihəsi, həm də mövcud “Dərinsulu Günəşli” və “Çıraq” platformaları arasında yeni bir dəniz qurğusu quraşdırmaqla əvvəlki illərdə yaradılmış infrastrukturda müşahidə edilən boşluğu aradan qaldırmaq məqsədi daşıyıb. Bununla da, dəyəri 6 milyard dollar olan daha bir neft layihəsinin icrasına start verilib. 

2010-cu il iyunun 21-də 20 qazma kəsiyi və 4 istiqamətləndirici dayağı olan 218 tonluq öncə qazma tavası dənizin dibində quraşdırılıb. 2012-ci il oktyabrın 20-də “Qərbi Çıraq” platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə “STB-1” daşıma barjasına yüklənərək dənizə yola salınıb. Növbəti ildə isə üst modullar dənizə gətirilərək dənizdə quraşdırılmış dayaq blokunun üzərinə bərkidilib. Bununla yanaşı, layihə çərçivəsində sualtı boru kəmərləri çəkilib, “Dədə Qorqud” üzən yarımdalma qurğusu vasitəsilə ərazidə qabaqlayıcı quyular qazılıb. 

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda neft hasilatının sabitləşdirilməsinə və layların neft veriminin maksimuma çatdırılmasına imkan yaradan layihənin ümumi dəyərinin, təqribən, 4 milyard dolları qurğuların tikintisinə və qabaqlayıcı qazma proqramına xərclənib. Məbləğin qalan hissəsi isə istismar müddəti dövründə platformadan hasilat quyularının qazılmasına sərf olunur. Ölkə neft sənayesinin  tarixində mühüm əhəmiyyətə malik olan bu qurğunun hazırlanması yerli mütəxəssislər tərəfindən həyata keçirilib.

“Qərbi Çıraq” bp şirkətinin “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru qismində Xəzərdə inşa və istismar etdiyi dünya səviyyəli 8-ci dəniz platformasıdır. Platforma gündəlik 25 min ton neft və 6,5 milyon kubmetr qaz hasilatı üçün layihələndirilib. Bununla yanaşı, qurğu gün ərzində 8 milyon kubmetr səmt qazı ötürmək imkanına malikdir. 

Yeri gəlmişkən, “Çıraq” neft layihəsi bp və tərəfdaşlarına Azərbaycanın yerli ehtiyatlarından istifadəni optimallaşdırmaq öhdəliyini yerinə yetirmək üçün daha bir imkan yaradıb. Belə ki, layihə çərçivəsində inşa olunmuş “Qərbi Çıraq” platformasının dayaq blokunun, üst modullarının inşasında, eləcə də sualtı boru kəmərlərinin çəkilməsində Azərbaycan Dövlət Neft Şirkətinin birgə müəssisələrindən, gəmilərindən, tikinti-quraşdırma meydançalarından və digər zəruri infrastrukturundan istifadə olunub. Bu da  “Əsrin müqaviləsi” çərçivəsində ilk dəfə reallaşdırılan bir təşəbbüs kimi diqqət çəkir. 

Tikinti-quraşdırma işləri yerli subpodratçıların imkanlarından maksimum istifadə edilməklə yerinə yetirilib. Qurğunun tikintisinə isə 5 min nəfər cəlb olunub. Ümumilikdə, subpodratçı və təchizatçı mütəxəssislərin də daxil olduğu işçi qüvvəsinin 96 faizini yerli Azərbaycan vətəndaşları təşkil edib. Layihə çərçivəsində 20 milyon adam-iş saatı sərf olunub, tikinti-quraşdırma işləri heç bir istehsalat qəzası baş vermədən yüksək səviyyədə həyata keçirilib.

“Qərbi Çıraq” platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunub. “Bos Şelf” yerli Azərbaycan şirkətinin podratçısı olduğu dayaq bloku Xəzər dənizində həmin dövrədək inşa edilmiş ən ağır qurğudur. Blokun çəkisi 17 min 500 ton, hündürlüyü 185 metr təşkil edir. Qurğunun ümumi çəkisi 6700 ton olan 13 (üstəgəl bir ehtiyat) payası, 7 dikborusu, 8 “J” şəkilli  və 10 qoruyucu borusu var. 

“Çıraq” neft layihəsinin əsas qurğularından sayılan hasilat platformasının üst modulları isə AMEC-TEKFEN-AZFEN alyansının Bibiheybət tikinti-quraşdırma sahəsində inşa olunub. “Qərbi Çıraq” platformasının üst modullarının çəkisi 18 min 500 tondur. Platforma 200 nəfər işçinin çalışması üçün nəzərdə tutulub. Layihəyə 48 quyu gövdəsinə malik bir ədəd hasilat, qazma, yaşayış platforması, 14 düymlük qaz kəməri və 30 düymlük neft kəməri daxildir.

“Qərbi Çıraq” dənizin 170 metr dərinliyində “Çıraq-1” və “Dərinsulu Günəşli” platformaları arasında quraşdırılıb. “Qərbi Çıraq” platformasından hasilat 2014-cü il yanvarın 28-də J05 öncəqazma quyusunun istismara daxil edilməsi ilə başlanıb. Hazırda xam neft öncədən platformada quraşdırılmış texnoloji qurğulardan keçərək yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30 düymlük sualtı ixrac xətti ilə Səngəçal terminalına nəql olunur. 

Ötən müddətdə “Qərbi Çıraq” platformasından 35 quyu qazılıb. Həmin quyuların 26-sı neft, 1-i qaz, 7-si su injektor, 1-isə şlamların yenidən laylara vurulması quyularıdır. Hasilata başlandığı vaxtdan indiyədək buradan 251 milyon barel (34 milyon ton) neft çıxarılıb. Platformada maksimal illik hasilat isə 2016-cı ildə qeydə alınıb. Həmin il buradan orta gündəlik hasilat 120 min barel olmaqla 6 milyon ton neft çıxarılıb. Bununla belə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ehtiyatların azalması “Qərbi Çıraq” platformasına da təsirsiz ötüşməyib. 2025-ci ilin 9 ayının yekunlarına görə, burada gündəlik orta hasilatın səviyyəsi 24 min barel təşkil edib.

Y.MİRBAĞIR
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri