Icma.az
close
up
RU
Xəzərin Azərbaycan sahilboyu ərazilərindəki idarəetmə ƏMDX ya həvalə olunub

Xəzərin Azərbaycan sahilboyu ərazilərindəki idarəetmə ƏMDX ya həvalə olunub

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəzər dənizinin sahilboyu ərazilərində torpaqların idarə olunması, istifadəsi və mühafizəsi üzrə vahid dövlət siyasətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) həvalə edilib.

SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərmanda əksini tapıb.

Sənədə əsasən, sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi də ƏMDX-ya tapşırılıb. Bu məqsədlə Dövlət Xidmətinin işçilərinin say həddi 40 ştat vahidi artırılıb.

Nazirlər Kabineti altı ay müddətində sahilboyu ərazinin xüsusi statuslu ərazi kimi müəyyən edilməsi, zonalaşdırılması və hüquqi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini Prezidentə təqdim etməlidir.

Həmçinin sahilboyu ərazilərdə ətraf mühitin mühafizəsi, iqtisadi sahələrin inkişafı, turizm, rekreasiya və digər fəaliyyət istiqamətlərində dövlət orqanlarının idarəetmə və nəzarət funksiyalarının icrasında vahid yanaşmanın və koordinasiyalı idarəetmənin təşkili məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, torpaqların dövlət idarəetməsinin, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanmalıdır.

Nazirlər Kabineti altı ay müddətində Xəzərin Azərbaycan bölməsində su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, həmçinin ərazinin kağız və rəqəmsal formada qrafik təsvirini Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.

İqtisadiyyat Nazirliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlanılmasını, eləcə də bu sahədə idarəetməni təmin edən informasiya sisteminin yaradılmasına dair təklifləri altı ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.

Fərmana əsasən, sahilboyu ərazidə torpaqların idarə edilməsi, o cümlədən istifadəyə və icarəyə verilməsi "bir pəncərə" prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək.

İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində görülmüş işlər barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.

Fərmanın icrası ilə bağlı müşahidə sistemlərinin qurulması, monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işlərinin həyata keçirilməsi, eləcə də Xidmətin maddi-texniki təminatının gücləndirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri