Xəzərin sahilboyu ərazilərinə xüsusi status veriləcək
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəzər dənizinin Azərbaycana aid hissəsinin sahilboyu ərazilərinə xüsusi status verilməsi, bu ərazilərin zonalara bölünməsi və hüquqi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Prezidentin noyabrın 16-da imzaladığı fərmanın icrasını təmin etmək üçün sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla razılaşdırılmış təklifləri beş ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidir. Təkliflər sahilboyu ərazilərdə ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət, turizm və istirahət sahələrində dövlət qurumlarının işinin əlaqələndirilməsini də əhatə edəcək.
Nazirliyə eyni müddətdə sahilboyu ərazinin sərhədləri və ölçüləri, eləcə də onun kağız və rəqəmsal formada qrafik təsviri ilə bağlı təkliflər təqdim etmək tapşırılıb. Bu zaman su ilə qurunun mövcud təmas xətti nəzərə alınacaq.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər də hazırlanacaq.
Sərəncam noyabrın 25-də, imzalandığı gün qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Noyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















