Icma.az
close
up
RU
Xəzərin çirkləndirilməsi DAVAM EDİR VİDEO

Xəzərin çirkləndirilməsi DAVAM EDİR VİDEO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzər dənizi çirkləndirilməkdə davam edir. Bir-birinə yaxın ərazidə iki böyük boru vasitəsilə Xəzər dənizinə tullantı suyu axıdılır.

Avtosfer.az xəbər verir ki, bura Qaradağ rayonu ərazisidir. Bir müddət əvvəl də eyni ərazidə çirklənmiş suyun Xəzərə axıdılması gündəmə gəlsə də, məsələ həll edilmədən qalıb. Ekoloq Ənvər Əliyev deyir ki, faktiki olaraq təmizlənmədən axıdılan həmin su həddindən artıq kəskin iyli, canlı aləm üçün olduqca təhlükəlidir.

Bu görüntülər hələ fevral ayında gündəmə gəlmişdi. Gözlənilirdi ki, həmin suyun qarşısı alınsın, amma bu baş verməyib. Ekologiya və təbii sərvətlər nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib ki, görüntülərdəki borular Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansında olan nasosxanaya məxsusdur və Qaradağ, Səbail rayonlarının ərazisində formalaşan tullantı suları həmin borular vasitəsilə birbaşa Xəzər dənizinə axıdılır.

İri şəhərlərin birləşmiş su təchizatı xidmətindən isə bildirildi ki, "Qobu Park" və Bayıl qəsəbəsi ərazisində formalaşan tullantı suyu kanalizasiya-nasos stansiyasına nəql olunur. Nəql olunan tullantı su Su Təmizləyici Qurğunun tikintisi tamamlanmadığı üçün nasoslar vasitəsilə kollektorla dənizə yönləndirilib. O da bildirilib ki, hazırda Lökbatan hövzəsi üzrə məhsuldarlığı sutkada 100 min kubmetr olan tullantı su təmizləyici qurğunun və magistral kanalizasiya kollektorlarının inşası planlaşdırılır və hazırlıq görülür.

Bəli, dövlət xidməti sutəmizləyici qruğunun inşasına başlanılmasına hazırlıq görüldüyünü bildirir, amma faktiki olaraq hazırda hər gün tonlarla çirkab Xəzərə axıdılır. Ekoloqlar isə təcili olaraq tədbir görülməsinin vacibliyini bildirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 May 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri