Icma.az
close
up
RU
Xəzərin dibi ilə fiber optik kabel çəkilir İnternet bahalaşacaq?

Xəzərin dibi ilə fiber optik kabel çəkilir İnternet bahalaşacaq?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın internet infrastrukturunda inqilabi addım hesab olunan Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel layihəsinin tamamlanması ölkənin rəqəmsal gələcəyinə mühüm töhfə verməyə hazırlaşır. Yeni magistral xəttin istifadəyə verilməsi həm internetin keyfiyyətini artıracaq, həm də illərdir müzakirə olunan tarif siyasətində yeni mərhələnin əsasını qoyacaq.
Hazırda ölkə üzrə orta internet sürətinin 90 Mbit/saniyəyə çatdığı bildirilsə də, regionlarda və ucqar kəndlərdə bu keyfiyyətin nə dərəcədə hiss olunduğu hələ də aktual müzakirə mövzusudur. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən İT mütəxəssisi Elvin Abbasov deyib ki, Azərbaycanda internet bazarındakı strategiya birbaşa qiymət endirimi üzərində deyil, daha çox xidmətin keyfiyyətinin kəskin artırılması metodologiyası üzərində qurulub.
“Sistem aylıq abunə haqqında cüzi dəyişikliklər edilərək xidmətin keyfiyyətini və sürətini əhəmiyyətli dərəcədə yuxarı çəkmək metodologiyası üzərində qurulub. Bu yanaşma imkan verir ki, infrastruktur xərcləri qarşılansın, eyni zamanda istifadəçiyə təqdim olunan texnoloji imkanlar dəfələrlə artsın. Məsələn, tariflərdəki kiçik tənzimləmələr fonunda abunəçilərin keçmişdə aldığı 10-20 Mbit/s sürət həddi müasir fiber-optik texnologiyalar sayəsində 100 Mbit/s və daha yuxarı səviyyəyə çatdırılır. Xəzər dənizi ilə çəkilən kabel xətti də məhz bu metodologiyanın effektivliyini artıracaq. Ölkəyə daxil olan internetin tutumu kəskin artdıqca, provayderlər xidmət səviyyəsini qlobal standartlara uyğunlaşdıra və şəbəkənin stabilliyini təmin edə biləcəklər. Beləliklə, abunəçilər üçün əsas qazanc qiymətdən daha çox, kəsintisiz və yüksək sürətli rəqəmsal mühitə çıxış əldə etmək olur ki, bu da müasir iqtisadiyyatın tələblərinə tam cavab verir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Fevral 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri