Icma.az
close
up
RU
Xəzərin dibindən qum daşınması batma hadisələrini artırır? KONKRET

Xəzərin dibindən qum daşınması batma hadisələrini artırır? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə yayılan Xəzər dənizinin dibindən qumun daşındığının əks etdirən videogörüntülər geniş müzakirələrə səbəb olub. Paylaşımlarda məhz bu səbəbdən dənizdə təhlükəli vəziyyətin yarandığı və batma hadisələrinin artdığı iddia olunur.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən AMEA Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, limanlarda gəmilərin sahilə yaxınlaşmasını asanlaşdırmaq üçün dərinləşmə tədbirləri görülür: “Xəzərin səviyyəsi aşağı düşdüyünə görə xüsusilə böyük gəmilər sahilə yan ala bilmirlər. Bu səbəbdən daim dərinləşmə işləri aparılır. Oradan çıxarılan material daşınır. Bu, yalnız dəniz limanlarına aiddir və məcburi bir işdir. Belə edilməzsə, böyük gəmilərin sahilə yan alması qeyri-mümkündür. Bunun isə çimərliklərlə heç bir əlaqəsi yoxdur. Həmin ərazilərdə insanların çimmək məqsədli dənizə daxil olması yolverilməzdir, qadağandır. Çünki oralar limandır. Videoda əks olunan görüntülər isə böyük ehtimal qum deyil, dib çöküntüləridir. Həmin çöküntülər isə tikintidə və ya başqa yerdə istifadə etmək üçün yararlı deyil. Ehtimaldır ki, bəlkə hansısa analiz, ekspertiza məqsədli və ya dəniz nəqliyyatı vasitələrinin sahilə yaxınlaşmasını asanlaşdırmaq üçün edilə bilər. Daha dəqiq təbii ki, aidiyyatı üzrə orqanlar deyə bilər”.

Mütəxəssis qeyd edib ki, dənizdə batma hadisələrinin müxtəlif baş vermə səbəbləri var: “Təhlükəsizlik qaydalarına riayət etmədən, qadağan olunmuş yerlərdə çimən insanlar üçün təhlükə qaçılmazdır. Fiziki nasazlığı olan və ya spirtli içki qəbul edən insanların dənizə daxil olması təhlükədən xəbər verir. Həmçinin dənizdə baş verən bir çox hadisələr problem yarada bilər. Buna əks dalğanın yaranması deyilir. Dalğalar olan zaman həmin sahil zonasının konfiqurasiyasından asılı olaraq sahildə müxtəlif səbəbdən yığılan su kütləsi hardansa yol açaraq əks istiqamətdə ensiz bir koridorla dalğa, su axını yaratdığı üçün çimən insan birdən-birə hiss edir ki, su kütləsi onu dənizin mərkəzinə hərəkət etdirir. Bu zaman da şəxs özünü itirir və çıxmağa çalışır. Güclü su axınına qarşı şəxsin etdiyi intensiv hərəkətlər onu yorur, halsız salır və boğulur. İnsanlar bu barədə maariflənməlidirlər ki, bu zaman sahilə doğru yox, sahilə paralel şəkildə üzüb xilas olmaq olar. Həmin su axınının eni çox da böyük olmur. Adətən 4-5 metr, maksimum isə 50 metr olur. İnsanlar bunu bilmədiyi üçün sahilə doğru üzürlər və bədbəxt hadisə yaşanır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 İyun 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri