Icma.az
close
up
RU
“Xəzərin hava sahəsi də təhlükəsiz deyil” “Rusiya şəhərlərinə uçuşların təxirə salınmasına ehtiyac yarana bilər” AzPolitika onlayn siyasiictimai qəzet

“Xəzərin hava sahəsi də təhlükəsiz deyil” “Rusiya şəhərlərinə uçuşların təxirə salınmasına ehtiyac yarana bilər” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, Rusiyanın hava məkanı mülki təyyarələrin uçuşları üçün təhlükəsiz deyil”.

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb. Ekspert xatırladır ki, müharibə başladıqdan dərhal sonra Ukrayna öz hava məkanını mülki təyyarələrin uçuşu üçün qapadıb, Kiyevdəki “Borispol” hava limanı çalışmır:“Doğru qərardır. Çünki havada raketlər və dronlar uçuşur, mülki təyyarələrə dəyə bilər. Üstəlik, hələ müharibə başlamadan əvvəl Donbassdakı separatçılar Niderlanda məxsus təyyarəyə zərbə endirmiş, nəticədə yüzlərlə mülki insan həlak olmuşdu. Müharibə daha sonra Rusiya ərazisinə keçdi. Ancaq Rusiya Ukraynadan fərqli olaraq hava məkanını qapatmadı. Halbuki, Rusiya şəhərlərinə də raket və dron zərbələri endirilir. AZAL təyyarələri Moskva və Sankt-Peterburqla yanaşı Rusiyanın digər şəhərlərinə də gündəlik uçuşlar həyata keçirirlər. Misal üçün, Bakıdan Kazana təyyarələr uçur, halbuki, Ukrayna Tatarıstan paytaxtına da raket və dron zərbələri endirir. Ukrayna Çeçenistana da zərbələr endirir”.

E.Şahinoğlu vurğulayır ki, Xəzərin hava sahəsi də təhlükəsiz deyil. “Burada Rusiya hərbi donanması ara-sıra Ukraynaya raketlər atır, Ukrayna isə Rusiyanın Xəzərdəki hərbi mövqelərini hədəf alır. Fikrimcə, təhlükəli hallarda Rusiya şəhərlərinə uçuşların təxirə salınmasına ehtiyac yarana bilər”, - o əlavə edib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see214

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see214

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see211

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see181

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see180

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see160

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see142

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see137

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see129

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see127

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see124

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see123

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri