Icma.az
close
up
RU
Xəzərin hər iki tərəfində iki ölkə: Azərbaycan Qazaxıstan münasibətlərinin perspektivləri RƏY

Xəzərin hər iki tərəfində iki ölkə: Azərbaycan Qazaxıstan münasibətlərinin perspektivləri RƏY

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Astana, 23 oktyabr, AZƏRTAC

Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın inkişafına əsas stimul onların əlverişli coğrafi mövqeyi və qardaşlıq münasibətlərinə əsaslanan müttəfiqlik əlaqələridir.

Bu fikri AZƏRTAC-a Avrasiya İnteqrasiya İnstitutunun eksperti Əminə Kosbayeva bildirib.

Ekspertin sözlərinə görə, tarixi və coğrafi baxımdan hər iki ölkə Xəzər dənizinin qarşı tərəflərində yerləşir ki, bu da nəqliyyat marşrutlarının inkişafı üçün unikal potensial yaradır.

“Son illərdə ticarət dövriyyəsinin artması və birgə təşəbbüslərin genişlənməsi, xüsusilə də elektron sənəd dövriyyəsi sisteminin tətbiqi bunu təsdiqləyir. Bu sistem yüklərin rəsmiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə sadələşdirəcək və logistikanın səmərəliliyini artıracaq”, – deyə o vurğulayıb.

Ə.Kosbayeva, həmçinin beynəlxalq arenada qarşılıqlı dəstəyin önəmini qeyd edib. Onun sözlərinə görə, hər iki ölkənin aparıcı beynəlxalq təşkilatlara üzvlüyü və bu çərçivədə əməkdaşlığı münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. “Dövlət başçıları bir-birinin təşəbbüslərini, o cümlədən BMT çərçivəsində müxtəlif beynəlxalq şuralarda iştirakını ardıcıl şəkildə dəstəkləyirlər”, – deyə ekspert əlavə edib.

Əminə Kosbayeva, xüsusilə Türk Dövlətləri Təşkilatında Azərbaycan və Qazaxıstanın fəal əməkdaşlığını vurğulayıb.

O, həmçinin texniki və mühəndislik tədqiqatları sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. “Azərbaycan sənaye və aqrar sektorlarını fəal şəkildə inkişaf etdirir. Bu istiqamətlər iqtisadiyyatını şaxələndirməyə və neft sənayesindən asılılığı azaltmağa çalışan Qazaxıstan üçün də strateji baxımdan önəmlidir”, – deyə Avrasiya İnteqrasiya İnstitutunun eksperti sözlərini yekunlaşdırıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 05:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri