Azərbaycan ABŞ münasibətlərinin inkişafı hər iki ölkə üçün faydalıdır Nazir
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycan-ABŞ münasibətləri kontekstində olduqca müsbət qiymətləndiririk".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.
Nazirin sözlərinə görə, son bir il ərzində çox ciddi işlər görülüb və mühüm müsbət nəticələr əldə olunub. Xüsusilə 8 avqust tarixində Azərbaycan və Amerika Birləşmiş Ştatları prezidentləri tərəfindən imzalanmış Anlaşma Memorandumu bu baxımdan mühüm sənəddir. Həmin memorandum konkret məqsədlərlə fəaliyyət göstərəcək işçi qrupunun yaradılmasını nəzərdə tutur. Bu işçi qrupunun əsas vəzifəsi ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş layihəsinin hazırlanmasıdır:
“Sənəddə əməkdaşlığın dəqiq istiqamətləri müəyyən edilib: investisiyalar, iqtisadiyyat, energetika, nəqliyyat, süni intellekt, rəqəmsallaşma, təhlükəsizlik və müdafiə məsələləri. Bu, olduqca ciddi və əhatəli bir sənəddir. Eyni zamanda konkret vaxt çərçivəsi də müəyyən olunub - altı ay ərzində hüquqi sənəd layihəsi hazırlanmalıdır”.
Ceyhun Bayramov qeyd edib ki, bu müddət ərzində işlər intensiv şəkildə aparılıb. Müxtəlif sahələr üzrə çoxsaylı ikitərəfli görüşlər keçirilib. ABŞ nümayəndə heyəti Bakıda olub, Azərbaycan nümayəndə heyəti isə ABŞ-yə səfərlər edib. 19 dekabr tarixində onlayn formatda geniş tərkibdə görüş keçirilib və işçi qruplar sənədin mətnini detallı şəkildə müzakirə ediblər.
“Hesab edirik ki, artıq yekun mətnə çox yaxınıq və razılaşdırılmış sənəd layihəsi yaxın zamanda ölkə rəhbərliyinə təqdim ediləcək. Bu sənəd iki ölkə arasında uzunmüddətli, perspektivli və qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm əsas yaradacaq”.
Nazir həmçinin vurğulayıb ki, Donald Trampın prezidentliyinin ilk ili ərzində görülən işləri də yüksək qiymətləndirmək lazımdır. Onun sözlərinə görə ən azı növbəti üç il üçün münasibətlərə böyük optimizmlə baxmaq mümkündür:
“Obyektiv baxımdan Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı hər iki ölkə üçün faydalıdır. Bu səbəbdən gələcəkdə bu kursun dəyişməsi üçün ciddi obyektiv əsaslar görmürük”.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















