Icma.az
close
up
RU
Xəzərin səviyyəsi azaldıqca, təhlükələri artır

Xəzərin səviyyəsi azaldıqca, təhlükələri artır

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yer kürəsində ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi həm regional ekosistemin, həm də qlobal təbii balansın mühüm tərkib hissələrindəndir. Dünya okeanından təcrid olunmuş Xəzərdə planetdəki göllərin ümumi su ehtiyatlarının təxminən, 45 faizi toplanıb.

2023-cü ilin statistikasına görə, okean səviyyəsindən 28,69 metr aşağıda yerləşən Xəzərin uzunluğu 1200, maksimal eni 466, minimal eni isə 204 kilometrdir. Ümumi sahəsi 392 min kvadratmetr, su həcmi isə 79 min kubmetr təşkil edir. Orta dərinliyi 207 metr olan bu dənizin ən dərin nöqtəsi – Lənkəran çökəkliyi 1025 metrə çatır.

Xəzərin hidroloji rejimində Volqa çayı başlıca rol oynayır. Çünki dənizə axan ümumi illik suyun 80 faizdən çoxu məhz bu çayın payına düşür. Digər mühüm mənbələr arasında Kür çayı (6 faiz), Ural (5 faiz), Terek, Sulaq və Samur çayları (4,5 faiz), İran ərazisindən gələn Səfidrud, Şirrud, Gürgan kimi çaylar (təxminən 4-4,5 faiz) qeyd olunur. Yəni Xəzərin taleyi əsasən bu çayların gətirdiyi su balansından asılıdır. Son illər müşahidə olunan mənzərə ekoloq və alimləri ciddi narahat edir: Xəzərin su səviyyəsi hər il azalır. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı diqqətə çatdırıb ki, gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır.

Su səviyyəsinin enməsinin bir neçə əsas səbəbi var. Birincisi, iqlim dəyişmələri nəticəsində havaların istiləşməsi və buxarlanmanın artmasıdır. İkincisi, Xəzərə axan çaylarda, xüsusilə də Volqa və Kürdə sənaye, kənd təsərrüfatı və məişət məqsədilə suyun həddindən artıq istifadəsi, həmçinin hidrotexniki qurğuların fəaliyyəti səbəbindən axının azalmasıdır. Üçüncüsü, qlobal miqyasda təbiət hadisələrinin qeyri-sabitliyi, yağıntıların miqdarında və paylanmasında müşahidə olunan kəskin dəyişikliklərdir.

Su səviyyəsinin enməsi, ilk növbədə, dənizin biomüxtəlifliyinə zərbə vurur. Balıq populyasiyası, xüsusən də nərə cinsləri üçün həyati təhlükə yaradır, onların kürüləmə arealları daralır, bəzi sahilyanı bataqlıqlar quruyur, ekoloji tarazlıq pozulur.

Xəzər dənizində suyun səviyyəsi daim dəyişkəndir. Tarixi müşahidələr göstərir ki, təxminən, hər 35-50 ildən bir dənizdə qalxma – enmə dövrləri təkrarlanır. Proses son 200 ildə bir neçə dəfə baş verib. Narahatedici məqam ondan ibarətdir ki, indiki mərhələdə səviyyə çox qısa müddətdə nəzərəçarpacaq dərəcədə azalıb. Müxtəlif amillərin eyni anda təsiri vəziyyəti daha da gərginləşdirib.

Dənizin səviyyəsindəki dəyişiklik, əslində, onun su balansındakı fərqlə bağlıdır. Yəni Xəzərə daxil olan çaylarla dəniz səthindən buxarlanan suyun miqdarı arasında yaranan fərq su səviyyəsini müəyyən edir. Başqa sözlə, səviyyə əsasən daxil olan şirin suyun həcmi və buxarlanma intensivliyi ilə formalaşır.

Xəzərə çoxsaylı çaylar tökülür və beş Xəzəryanı ölkənin ərazisindən axır.

Volqa istisna olmaqla, bütün digər çayların birlikdə xüsusi çəkisi ümumi daxilolmanın cəmi 15-20 faizini təşkil edir. Xəzərin su balansında həlledici rol oynayan məhz Volqa çayı bütövlükdə Rusiyanın Avropa hissəsini əhatə edir. Ölkə əhalisinin 70 faizindən çoxu – təqribən 90 milyon insan burada məskunlaşıb. Çayın sahillərində əhalisi bir milyondan çox olan 8 iri şəhər yerləşir. Bu şəhərlər Volqa suyundan həm içməli su, həm də sənaye məqsədləri üçün geniş istifadə edir. Eyni zamanda, məişət və sənaye tullantılarının bir hissəsi də çaya axıdılır.

Bu barədə Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov XQ-yə bildirdi:

– Volqa çayı üzərində yaradılan çoxsaylı su anbarları və hidrotexniki qurğular enerji təminatı, suvarma və nəqliyyat baxımından mühüm əhəmiyyət daşıyır. Sovet dövründə Həştərxandan Permə və Moskvaya qədər sərnişin daşımaları da məhz Volqa çayı vasitəsilə həyata keçirilirdi. Hazırda isə əsasən yük daşımaları aparılır. Bununla yanaşı, çay həm də mühüm şirin su mənbəyi kimi məişətdə və kənd təsərrüfatında geniş istifadə olunur. Rusiyanın cənub bölgələrində yerləşən əsas əkin sahələri, xüsusən Volqoqrad və Həştərxan ərazilərində məhz Volqanın aşağı axarı boyunca formalaşıb. Burada tərəvəzçilik, bostançılıq və geniş əkinçilik təsərrüfatları inkişaf edib, son illər isə bu sahələr daha da genişlənib.

Şəxsi müşahidələr də çirklənməni təsdiqləyir: illər əvvəl Volqa çayının delta hissəsində havadan aparılan müşahidə zamanı çayın Xəzərə töküldüyü ərazilərdə böyük həcmdə neftlə çirklənmiş sulara rast gəlinmişdi. Bu fakt göstərir ki, bir tərəfdən çay sularının intensiv istifadəsi, digər tərəfdən isə çirklənmənin artması Xəzər dənizinin ümumi su balansına ciddi mənfi təsir göstərir. Xəzər dənizinin ekoloji vəziyyəti uzun illərdir beynəlxalq təşkilatların diqqət mərkəzindədir.

1990-cı illərin ikinci yarısından etibarən müxtəlif beynəlxalq qurumlar Xəzəryanı ərazilərin inkişafı və ekoloji mühafizəsi ilə bağlı layihələr həyata keçiriblər. Lakin bu işlər çox vaxt formal xarakter daşıyıb, dəvət olunan xarici ekspertlərin əksəriyyəti mövzu ilə kifayət qədər tanış olmayıb, yerli mütəxəssislərin iştirakı isə məhdud olub. Hesabatlar verilsə də, real nəticələr əldə edilməyib. Məlumdur ki, Xəzərin ekoloji problemlərini heç bir dövlət təkbaşına həll edə bilməz. Beş ölkənin birgə səyləri və koordinasiyalı fəaliyyəti tələb olunur.

Son 20 ildə Azərbaycanda sənaye tullantılarının həcmi əhəmiyyətli dərəcədə azalıb. Əgər əvvəllər 4 neft emalı zavodu fəaliyyət göstərirdisə, indi yalnız biri qalıb və onun illik emal gücü də xeyli azdır. Bu səbəbdən sənaye mənşəli çirklənmə də əvvəlki illərlə müqayisədə azalıb. Lakin Bakı və ətrafında əhalinin artması məişət tullantılarının çoxalmasına səbəb olub. Xəzərin su səviyyəsinin enməsi yeni problem yaradır: tullantı boruları daha da uzağa uzadılmadıqda, çirkab sular sahilə yaxınlaşır və bu da ekoloji riski artırır.

Hazırda Azərbaycanın sahilyanı ərazilərində, xüsusən çimərliklərdə ekoloji vəziyyət turistlər və yerli sakinlər üçün kifayət qədər cəlbedici deyil. Bu sahədə dönüş yaratmaq, tullantıların idarə edilməsini müasirləşdirmək və sahil zonasının ekoloji mühitini yaxşılaşdırmaq vacib və təxirəsalınmaz məsələ olaraq qalır.

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli isə qeyd etdi ki, problemin həllində Xəzəryanı ölkələrin hər birinin rolu var, amma xüsusən də Rusiyanın mövqeyi həlledici sayılır:

– Xəzər dənizində ən geniş hərbi-dəniz donanmasına malik dövlət Rusiyadır. Həmçinin Volqa–Don kanalı vasitəsilə Xəzərdən Azov və Qara dənizə çıxış imkanlarının olması su səviyyəsinin enməsi ilə birbaşa bağlıdır. Səviyyə azaldıqca həm gəmilərin hərəkətinə, həm də iqtisadi fəaliyyətə ciddi təsir göstərir. Azərbaycan və Qazaxıstan məsələni gündəmdə saxlamalıdır.

Xəzərin ekoloji böhranı yalnız regional yox, həm də qlobal təhlükədir. Bu məsələ COP29 çərçivəsində də xüsusi vurğulandı. Xəzərin səviyyəsinin kritik həddə enməsi ekoloji fəlakət siqnalıdır və bütün bəşəriyyət üçün “həyəcan təbili” hesab edilməlidir. Bununla yanaşı, Çinlə Avropanı birləşdirən nəqliyyat marşrutunun mühüm hissəsi məhz Xəzər üzərindən keçir və səviyyənin enməsi daşımaları çətinləşdirir. Lakin daha ciddi təhlükə ekoloji sağlamlıqla bağlıdır. Suyun çəkildiyi ərazilərdə səhralaşma və duzluq zonaları yaranır ki, bu da insanların sağlamlığına mənfi təsir göstərir.

Xəzər dənizinin səviyyəsinin azalması sosial, iqtisadi və hətta geosiyasi təhlükədir. Bu proses həm region dövlətlərini, həm də beynəlxalq ictimaiyyəti düşündürməlidir. Problemin həlli üçün yalnız hesabatlarla kifayətlənmək olmaz – real tədbirlər, birgə layihələr və davamlı nəzarət vacibdir.

Ölkəmiz bu məsələdə öz məsuliyyətini dərk edir və sahilboyu ərazilərdə yaşıllaşdırma, tullantıların idarə olunması, ekoloji balansın qorunması istiqamətində addımlar atır. Lakin problemin miqyası göstərir ki, Xəzərin gələcəyi yalnız bir ölkənin deyil, bütün regionun və beynəlxalq təşkilatların ortaq səylərindən asılıdır. Əks halda, bu gün olunan xəbərdarlıq sabah böyük bir fəlakətə çevrilə bilər.

Ləman TƏHMƏZ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see220

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see185

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see184

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see164

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see158

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see155

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see151

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see140

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri