Icma.az
close
up
RU
Məsud Pezeşkian Azərbaycanla gərginliyin azaldılmasında və dialoqun qurulmasında daha çox maraqlıdır

Məsud Pezeşkian Azərbaycanla gərginliyin azaldılmasında və dialoqun qurulmasında daha çox maraqlıdır

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“İranın İsrail və Amerikaya qarşı düşmənçililik siyasəti gündəmdən düşmür. Əsas təbliğatlar bunun üzərində qurulub ki, İsrail Amerika bu ölkəni parçalamaq istəyir və biz buna hazır olmalıyıq. Bunun üçün çox ciddi silahlanmaq lazımdır. Bunun üçün ciddi şəkildə uzun mənzilli raketlərin hazırlanması, onun sayının artırılması önəmlidir və bu istiqamətdə təbliğatlar aparılır. Bu cərəyanlar Məsud Pezeşkianı impiçment yolu ilə devirməyə nail olsalar, bu ciddi böhranlara gətirib çıxara bilər. Eyni halda növbəti prezidentin seçilməsi məsələsi heç də onlar üçün asan olmayacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, vətəndaşlar İranın seçim sisteminə inam olaraq qatılmaqdan imtina edirlər, hətta Məsud Pezeşkian o qədər vədlər verməsinə baxmayaraq, seçicilərin sadəcə 48-50 faizi seçkidə iştirak etdilər və bu da demək olar ki, onların son şansı olaraq dəyərləndirilir: “Bundan sonra "bu rejim seçki keçirə bilər" məsələsi ciddi sual altında olan məsələdir. Əgər bir sıra seçicilərin tələbləri, istəkləri yerinə yetirilməzsə, növbəti seçkilər artıq demək olar ki, tamamilə boykot olunacaq”.

Sadiq İsabəyli

Pezeşkian devrilərsə, Azərbaycanla İran arasındakı münasibətlər hansı istiqamətə gedəcək?

Sadiq İsabəyli qeyd edib ki, Azərbaycan və İran arasındakı siyasi-iqtisadi münasibətlərin mahiyyəti nədən ibarət olduğu və bunun zaman- zaman nə formada dəyişməsi göz önündədir: “Azərbaycan hər zaman İran tərəfindən şantajlara, siyasi təzyiqlərə, hərbi təzyiqlərə məruz qalıb və bu gün də bu davranış davam edir. Sadəcə olaraq, Pezeşkianın qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılması, Azərbaycanla münasibətlərin yaxşılaşdırılması siyasəti və kursu götürülüb. Bütün bu reallıqları nəzərə alaraq, cənab Prezident İlham Əliyev də qeyd etdi ki, “biz İranla münasibətlərimizi seçilmiş qüvvələrlə, yəni onların bizə olan münasibətləri əsasında tənzimləyirik, yəni hər hansı bir müşavirin, mollanın və ya hər hansı bir şəxsin münasibətilə yox. Yəni İranın regional siyasəti bu gün Məsud Pezeşkian tərəfindən Azərbaycana münasibətdə sərt yanaşma deyil. Müəyyən mənada yumşaldılmış bir dildə danışılır. Öncəkilərdən fərqli olaraq Pezeşkian Azərbaycanla gərginliyin azaldılmasında, dialoqun qurulmasında daha çox maraqlıdır. Əgər Məsud Pezeşkian bu postda olmasa istefa versə və yaxud onu istefaya məcbur etsələr və yaxud impiçment yolu ilə hakimiyyətdən getməsinə, şərait yaratsalar. Sözsüz ki, İranın növbəti prezidentinin kim olmasından asılı olaraq Azərbaycanla münasibətlərə təsir edəcək. Əgər radikal qruplardan kimlərsə hakimiyyətə gətiriləcəksə, onun Azərbaycana münasibəti daha sərt və daha təhdidedici bir münasibət olacaq”.

Sadiq İsabəyli bildirib ki, əgər bu gün dini rəhbəri əli Xameneinin müşavirlərinin əksəriyyəti Azərbaycanın hələ də ərazi bütövlüyünə qarşı dil uzadırlarsa, Azərbaycanın hələ də xarici müstəqil xarici siyasətinə qarşı dil uzadırlarsa və onu tənqid etməyə çalışırlarsa, bu da o deməkdir ki, onlar hələ Azərbaycanıın Cənubi Qafqazda güclənən rolunu qəbul etmək və o reallıqla barışmaq istəmirlər.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 Dekabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri