Icma.az
close
up
RU
Rusiyaya rekord ZƏRBƏ

Rusiyaya rekord ZƏRBƏ

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Dekabr ayında Ukrayna tammiqyaslı müharibənin başlanğıcından bəri Rusiyanın enerji infrastrukturuna rekord sayda zərbə endirib. 

“Cebheinfo.az“-ın məlumatına görə, “Bloomberg” bu barədə yazıb. Tərəflərin açıq bəyanatlarına əsasən, son bir ayda Rusiyanın neft və qaz obyektlərinə ən azı 24 hücum edilib. 

Bu, noyabr ayında qeydə alınan əvvəlki rekordu (23 hücum) üstələyən ən yüksək aylıq göstəricidir. Bu ay baş verən hücumların hədəfləri arasında 10 neft emalı zavodu, 11 dəniz infrastrukturu obyekti, iki tanker və bir əsas boru kəməri sistemi olub. 

Agentlik qeyd edir ki, bu cür hücumlar beynəlxalq sanksiyalar səbəbindən onsuz da çətinlik çəkən Rusiya enerji ixracına təzyiqi artırır. Rusiya xarici bazarlara əhəmiyyətli miqdarda neft tədarük etməyə davam etsə də, müharibənin əsas maliyyələşdirmə mənbəyi olan neft və qaz gəlirlərinin axını azalır. 

Hökumətin hesablamalarına görə, bu il büdcədə neft və qaz gəlirlərinin payı 23 faizə düşə bilər ki, bu da bütün müşahidələr tarixində ən aşağı göstərici olacaq. 

“Dekabr ayında Kiyev dəniz infrastrukturuna xüsusi diqqət yetirib. Agentlik xatırladır ki, bir ay ərzində Lukoil şirkətinin Xəzər dənizindəki neft və qaz yataqlarına, eləcə də Taman və Rostov limanlarına dəfələrlə hücumlar edilib və zərbələr nəticəsində bir neçə tanker yanğına məruz qalıb. 

Ukrayna həmçinin, Rusiyanın “kölgə donanması”nı hədəf almağa davam edib və ilk dəfə olaraq Novoşaxtinskdəki neft emalı zavoduna “Storm Shadow” havadan buraxılan qanadlı raketlərindən istifadə etməklə hücum edib”,- deyə “Bloomberg” qeyd edir. 

Hücumların intensivləşməsi Rusiya neft emalında onsuz da nəzərəçarpacaq dərəcədə azalma fonunda baş verir. “Reuters”-in əvvəllər sənaye statistikası ilə tanış olan bir mənbəyə istinadən verdiyi məlumata görə, ötən il dron hücumları Rusiyada neft emalı həcmlərinin son 12 ilin ən aşağı səviyyəsi olan 266 milyon tona düşməsinə səbəb olub. 

Agentlik bu ilin sonuna qədər onların təxminən, eyni səviyyədə qalacağını təxmin edir. Yanvar-oktyabr ayları arasında neft emalı zavodlarının istehsalı 3 faiz azalaraq gündə 5,2 milyon barelə düşüb. “Reuters” agentliyinin məlumatına görə, ilin birinci yarısında “Rosneft”-in mənfəəti üç dəfə, “Lukoil”-un isə iki dəfə azalıb. “Surqutnefteqaz” zərərli vəziyyətə düşüb. 

Federal büdcənin neft və qaz gəlirləri yanvar-noyabr ayları arasında 21 faiz azalıb. “Reuters”-in hesablamalarına görə, dekabr ayının göstəriciləri 2020-ci ilin avqustundan bəri ən aşağı səviyyə ola bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri