Xəzərin səviyyəsi son 200 ilin ən aşağı həddinə çatıb
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəzər dənizində suyun səviyyəsi son 200 ilin ən aşağı həddinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Məhəmmədrza Kənani xəbər verib.
Onun sözlərinə görə, Xəzərin səviyyəsi hər il təxminən 10-20 santimetr azalır.
Kənani bildirib ki, son 20 ildə Xəzər dənizinin suyunun temperaturu təxminən 1,5 dərəcə Selsi artıb, buxarlanma isə 10-15 faiz yüksəlib. O, əsas səbəblər arasında iqlim dəyişikliyini və dənizə daxil olan çayların su axınının azalmasını göstərib.
Məlumata görə, Xəzər dənizinə daxil olan suyun təxminən 75 faizi çayların, bunun da böyük hissəsi Volqa çayının hesabına formalaşır.
Ekoloq dəniz səviyyəsinin daha da azalmasının sahil yaşayış məntəqələri, infrastruktur və Xəzərin ekosistemi üçün ciddi təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 13 Avqust 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















