Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiya birliyi: Avrasiyanın gələcək inkişaf xəttini müəyyən edən yeni siyasi fəlsəfə, yeni iqtisadi model və yeni güc mərkəzi ŞƏRH

Azərbaycan Mərkəzi Asiya birliyi: Avrasiyanın gələcək inkişaf xəttini müəyyən edən yeni siyasi fəlsəfə, yeni iqtisadi model və yeni güc mərkəzi ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında inteqrasiya sürətlə genişlənərək Avrasiya məkanında yeni geosiyasi konstruksiyanı formalaşdırır. 2023–2025-ci illər ərzində Prezident İlham Əliyevin verdiyi prioritetlər fonunda Azərbaycan Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya arasında unikal körpü dövlətinə çevrilib.

Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü isə Azərbaycan–Mərkəzi Asiya münasibətlərində yeni mərhələ yaratdı və Azərbaycanı faktiki olaraq Mərkəzi Asiya əməkdaşlıq formatının tamhüquqlu siyasi subyekti kimi təsbit etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquqşünas, siyasi təhlilçi Polad Mehdiyev deyib.

O qeyd edib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin yaxınlaşmasının kökündə çoxəsrlik tarixi, mədəni və mənəvi bağlar dayanır. Bu bağlar etnik və mədəni oxşarlığı, ortaq türk kimliyini və ortaq inkişaf fəlsəfəsini əhatə edir. Son illərdə bu mənəvi yaxınlıq siyasi platformaya çevrilərək Azərbaycan–Mərkəzi Asiya birliyinin formalaşmasını sürətləndirib.

“Azərbaycanın sammitlərə ardıcıl dəvəti, dövlət başçıları səviyyəsində sıx dialoqlar, qarşılıqlı səfərlərin intensivliyi, strateji tərəfdaşlıq müqavilələri və birgə layihələr ölkəmizin regionun genişlənmiş siyasi məkanının ayrılmaz hissəsi olduğunu göstərir. Bu, Mərkəzi Asiyanın artıq beş ölkədən ibarət olmadığını, Azərbaycanın da bu birliyin tərkib hissəsi sayıldığını təsdiqləyir. Yeni mərhələ Azərbaycanın regiondakı nüfuzunun genişləndiyini, Cənubi Qafqazla yanaşı Mərkəzi Asiyada da bir siyasi mərkəzə çevrildiyini göstərir”, - deyə siyasi şərhçi vurğulayıb.

P.Mehdiyev deyib ki, artıq ölkəmiz bu regionun əsas qərarvermə masasında oturur, Avrasiyanın həm Şərq–Qərb, həm Şimal–Cənub istiqamətlərini birləşdirən körpü rolunu oynayır. Bu birlik Azərbaycanı regional oyunçudan daha böyük Avrasiya miqyasında real güc mərkəzinə çevirir.

Onun sözlərinə görə, Azərbaycan–Mərkəzi Asiya yaxınlaşması həm də Türk dünyasının siyasi nüvəsinin gücləndiyini göstərir: ”Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni əməkdaşlıq forması deyil, siyasi, iqtisadi, təhlükəsizlik, enerji, nəqliyyat və rəqəmsal sahələrdə real mexanizmlər yaradan güclü bir platformaya çevrilib. Azərbaycanın bu təşkilatda aktif rolu və Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı nəticəsində Avrasiyanın mərkəzində böyük türk gücü formalaşır. Bu güc Orta Dəhliz kimi qlobal nəqliyyat layihələrinə rəhbərlik edir, yeni enerji marşrutlarının əsasını qoyur, Rəqəmsal İpək Yolunu formalaşdırır. Bu proseslərdə Azərbaycanın lider rolu həm siyasi, həm strateji sabitlik, həm də regional inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Türk dünyasının beynəlxalq siyasətdə vahid güc kimi görünməsi son illərdə məhz Azərbaycanın fəal diplomatiyası və Prezident İlham Əliyevin siyasi xətti nəticəsində mümkün olub.

Bu proses Azərbaycanın Cənubi Qafqazdakı strategiyası ilə ziddiyyət təşkil etmir. Əksinə, Azərbaycan paralel şəkildə iki regionda — həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada — lider mövqeyi tutur və bu mövqelər bir-birini tamamlayır. Bu, çox az dövlətə nəsib olan unikal strateji mövqedir. Cənubi Qafqazda Azərbaycan sülhü formalaşdıran, təhlükəsizlik mühitini müəyyən edən, nəqliyyat və iqtisadi inkişafın əsas istiqamətlərinə rəhbərlik edən dövlətdir. Mərkəzi Asiya ilə yaxınlıq isə Azərbaycanı Avrasiyanın nəqliyyat, enerji və diplomatik mərkəzinə çevirir. Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt limanı, Zəngəzur dəhlizi kimi nəhəng layihələr Azərbaycanın dünya logistik xəritəsindəki rolunu daha da gücləndirir”.

Polad Mehdiyev bildirib ki, formalaşmış birlik Azərbaycanın siyasi çəkisini artırır, Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasət yürütmək imkanlarını genişləndirir: “Dünya ilə Mərkəzi Asiya arasında ən mühüm körpü funksiyasını Azərbaycan həyata keçirir. Artıq regional proseslər Azərbaycanın iştirakı olmadan həll edilmir və bu, ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Bu gün Azərbaycan Mərkəzi Asiya ilə vahid geosiyasi məkanda çıxış edir və bu birlik sadəcə dostluğa deyil, qarşılıqlı gücə və strateji məqsədlərə əsaslanır. Tarixi və mədəni bağlar müasir dövrdə siyasi birlik və geosiyasi əməkdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin ardıcıl, uzaqgörən siyasəti nəticəsində Azərbaycan yeni Avrasiya güc mərkəzinin əsas dayaqlarından birinə çevrilib. Türk dünyası daha təşkilatlanmış bir siyasi qüvvəyə malik olub və Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər geniş bir geosiyasi məkan Azərbaycanın fəal iştirakı ilə formalaşır”.

Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyevin konseptual siyasi xətti bu inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir. Onun təşəbbüsləri nəticəsində Azərbaycan həm Avrasiya qitəsinin şərq-qərb, həm də şimal-cənub istiqamətlərində aparıcı strateji mərkəzə çevrilərək regionun yeni geosiyasi memarlığını formalaşdırır: ”Azərbaycan–Mərkəzi Asiya birliyi bu gün təkcə diplomatik əməkdaşlıq deyil. Bu birlik Avrasiyanın gələcək inkişaf xəttini müəyyən edən yeni siyasi fəlsəfə, yeni iqtisadi model və yeni güc mərkəzidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri