Icma.az
close
up
RU
Xəzəryanı ölkələrlə aqrar elm üzrə əməkdaşlıq

Xəzəryanı ölkələrlə aqrar elm üzrə əməkdaşlıq

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların I Forumu” keçirilib. Forumun əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, aqronomların bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ texnologiyaların tətbiqi və bilik mübadiləsinin təşviq olunmasıdır.

Forumda dövlət və özəl sektorun nümayəndələri, aqronomlar, tədqiqatçılar, fermerlər və aqrar sahənin digər iştirakçıları bir araya gələrək aqronomiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Toplantıda xüsusi olaraq özəl müəssisələrdə çalışan aqronomların bilik və bacarıqlarının şəffaf və obyektiv meyarlarla qiymətləndirilməsi və sertifikatlaşdırılması məsələlərinə toxunulub. Qeyd olunub ki, bu yanaşma peşəkarların əmək bazarında tanınmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və sahəyə olan ictimai inamın möhkəmləndirilməsinə xidmət edir.

Tədbirin sonunda iştirakçılar aqrar sahənin inkişafına töhfə vermək məqsədilə bu cür fikir mübadiləsi platformalarının əhəmiyyətinə toxunub, bilik və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Forum çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalanıb.

Tərəflər meyvəçilik sahəsində tədris və təlim mərkəzlərinin yaradılması, elmi tədqiqatlar, innovasiyaların tətbiqi, birgə əkin nümayiş sahələrinin salınması, aqroinnovasiya platformalarını təşkili istiqamətində əməkdaşlıq edəcəklər. Memoranduma əsasən, aqrar sahədə ixtisaslı kadrlar hazırlanması, birgə tədris modulları və sertifikat proqramlarının yaradılması, gənc mütəxəssislərin təcrübi biliklərinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:338
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri