Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Xiaomi yeni nəsil “Xring” çipini təqdim edib

Xiaomi yeni nəsil “Xring” çipini təqdim edib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çinin texnologiya şirkəti Xiaomi özünün yeni nəsil “Xring O3” smartfon prosessorunu təqdim edib. 

Bu barədə “Reuters” nəşrinin  məlumatında qeyd olunub.

Məlumata görə, yeni çip Xiaomi-nin əsas komponentlər üzərində nəzarəti artırmaq və “Qualcomm” və “MediaTek” kimi xarici təchizatçılardan asılılığını azaltmaq strategiyasının növbəti mərhələsidir. Şirkət bununla yanaşı, “Apple”, “Samsung Electronics” və “Huawei” kimi öz prosessorlarını hazırlayan texnologiya nəhəngləri ilə rəqabətdə mövqeyini gücləndirməyə çalışır. 

Nəşrin məlumatına əsasən, “Xring O3” çipi Tayvanın “TSMC” şirkəti tərəfindən qabaqcıl 3 nanometrlik texnologiya əsasında istehsal ediləcək. Mənbələrdən biri yeni prosessorun Xiaomi-nin növbəti flaqman qatlanan smartfonunda istifadə olunacağını və həmin cihazdan 200-300 min ədəd istehsal edilməsinin planlaşdırıldığını bildirib. 

Yeni prosessor Xiaomi-nin çip istehsalı sahəsində əvvəlki fəaliyyətinin davamıdır. Şirkətin 2025-ci ildə təqdim etdiyi “Xring O1” çipi ilə təchiz olunan smartfon, planşet və saatların ümumi tədarük həcmi artıq 1 milyon ədədi ötüb. “Reuters”-in mənbələrinə görə, yalnız “Xring O1” əsasında hazırlanmış smartfonların satış həcmi təxminən 150 min ədədə çatıb. 

Xiaomi bununla kifayətlənməyərək daha iki yeni çip üzərində də iş aparır. Şirkətin açıqlamasına görə, “Xring O100” adlı 6 nanometrlik neyron emal bloku şirkətin “MiMo” süni intellekt modeli ilə işləyən istehlakçı elektronikasında istifadə olunacaq. “Xring D100” isə 3 nanometrlik texnologiya əsasında hazırlanır və avtonom idarəetmə sistemləri üçün nəzərdə tutulur. Hər iki çipin kommersiya məqsədilə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. 

Mənbə qeyd edir ki, istehsalçıların öz çiplərini hazırlamağa yönəlməsi qlobal texnologiya sənayesində daha geniş tendensiyaya çevrilib. Şirkətlər bununla həm məhsullarını fərqləndirməyə, həm də əsas texnoloji komponentlərin təchizatında xarici tərəfdaşlardan asılılığı azaltmağa çalışırlar. 

Yeni çip təşəbbüsü Xiaomi-nin qatlanan smartfon bazarında da mövqelərini gücləndirmək cəhdləri ilə üst-üstə düşür. Məlumata görə, Çinin bu seqmentində hazırda Huawei üstün mövqedədir. 2026-cı ilin ikinci rübündə Huawei Çində qatlanan smartfon bazarının 68 faizinə sahib olub. 

Beləliklə, Xiaomi-nin yeni “Xring O3” prosessorunu təqdim etməsi təkcə yeni bir smartfon komponentinin meydana çıxması deyil, həm də Çin texnologiya şirkətlərinin yüksək texnologiyalı çip istehsalında imkanlarını genişləndirmək istiqamətində atdığı mühüm addım kimi qiymətləndirilir. Şirkətin süni intellekt və avtonom idarəetmə üçün yeni çiplər hazırlaması isə onun gələcək texnoloji strategiyasında bu sahələrə xüsusi önəm verdiyini göstərir.

N.Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Avqust 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri