Icma.az
close
up
RU
Xidmət rəisi: Odun əldə etmək istəyən qazlaşdırılmayan kəndlərin sakinləri Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər

Xidmət rəisi: Odun əldə etmək istəyən qazlaşdırılmayan kəndlərin sakinləri Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, həmçinin təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərinin xüsusi ayrılmış sahələrində odun tədarükü işləri aparılır. Bu barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsində həftəlik olaraq paylaşılır. Odun tədarükü məqsədilə müəyyən edilən bütün qırma sahələrinin siyahısı avqustun 6-da nazirliyin rəsmi saytında yerləşdirilib. Ayrılmış sahələr barədə ətraflı məlumatla bu linkə keçid edərək tanış olmaq mümkündür.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.

O bildirib ki, odun tədarükü Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalar əsasında həyata keçirilir. “Tədarük prosesi əsasən bioloji inkişafdan qalmış, köküstə qurumuş və yanğın təhlükəsi yarada biləcək quru, yıxılmış ağacların hesabına aparılır. Qırmaya aid ağaclar mütəxəssislər tərəfindən müəyyən olunur, nömrələnir və yalnız müvafiq rəy verildikdən sonra onların kəsilməsinə başlanılır. Qeyd edək ki, odun tədarükünə başlamazdan əvvəl regionlarda rayon sakinlərinin və ictimai fəalların iştirakı ilə ictimai dinləmələr keçirilir. Dinləmələrdə odun tədarükünün aparılacağı meşə sahələri barədə məlumat verilir və əhalinin proses barədə məlumatlı olması üçün maarifləndirici izahlar aparılır. Odun əldə etmək istəyən qazlaşdırılmayan kəndlərin sakinləri aidiyyəti üzrə Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər”, - deyə xidmət rəisi vurğulayıb.

Qeyd edək ki, istiliklə bağlı müvafiq qurumlar tərəfindən qışa hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərlə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri