Icma.az
close
up
RU
Regional əməkdaşlığın möhkəmləndirilməsinə xidmət

Regional əməkdaşlığın möhkəmləndirilməsinə xidmət

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Xüsusi olaraq qeyd etməliyik ki, keçirilən beynəlxalq konfransın işğaldan azad edilmiş Şuşa və Xankəndidə təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Eyni zamanda bu konfransın işğaldan azad edilmiş Qarabağda keçirilməsi erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da əhəmiyyəti böyük idi.

Keçirilmiş tədbirdə 52 ölkədən 140 xarici qonaq, o cümlədən dünyanın 30-dan artıq ölkəsinin dövlət informasiya agentliyi, beynəlxalq təşkilatların nümayəndələri və 80 media qurumu iştirak etmişdir. Qeyd etməliyik ki, keçirilən Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunmuşdu. Xüsusi vurğulamalıyıq ki, konfransda iştirakçılarla İlham Əliyev cənabları arasında olduqca maraqlı və məhsuldar fikir mübadiləsi aparıldı. İki saatdan artıq davam edən Forumda cənab Prezidentin ona ünvanlanan müxtəlif məzmunlu çoxsaylı suallara verdiyi dolğun cavablar Azərbaycan Respublikası Prezidentinin praqmatik və dərin düşüncəli lider olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçımız Azərbaycanın müstəqil xarici siyasət kursundan, Cənubi Qafqaz regionunda formalaşan yeni reallıqlardan, Ermənistanla normallaşma prosesindən və beynəlxalq əməkdaşlıq təşəbbüslərindən bəhs edən suallara dair öz dəyərli fikirlərini bildirdi. Cənab Prezident, eyni zamanda, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri barədə də ətraflı məlumat vermişdir.
Ermənistanla münasibətlərə dair sualları cavablandıran dövlət başçımız vurğulamışdır ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir və bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması ölkəmiz üçün böyük önəm kəsb edir. Cənab Prezident çıxışında Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin hazır olduğunu qeyd edərək xüsusi vurğulamışdır ki, “Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq”.
Sonda qeyd etməliyik ki, 3-cü Şuşa Qlobal Forumu Azərbaycanın qlobal proseslərdə fəal iştirakını, regionda sülh və sabitliyin təşviqində mühüm rol oynadığını bir daha nümayiş etdirmişdir. Bununla yanaşı 3-cü Şuşa Qlobal Forumu ölkəmizin beynəlxalq arenadakı nüfuzunun daha da artmasına və regional əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərdən biri kimi tarixə düşdü.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyul 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri