Icma.az
close
up
RU
XİDMƏTƏ SƏDR ƏVƏZİ və YENİ MÜAVİN TƏYİN OLUNUB Bakı Sukanal İdarəsinin rəisi və bəzi şöbə müdirləri dəyişib, yeni təyinatlar olub (SİYAHI)

XİDMƏTƏ SƏDR ƏVƏZİ və YENİ MÜAVİN TƏYİN OLUNUB Bakı Sukanal İdarəsinin rəisi və bəzi şöbə müdirləri dəyişib, yeni təyinatlar olub (SİYAHI)

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin sentyabrın 25-də İstanbulda ürəyindən əməliyyat zamanı vəfat edən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (əvvəlki adı "Azərsu" ASC) rəhbəri Köçərli Həsənovun yerinə müvəqqəti təyinat olub.

Mia.az-ın əldə etdiyi məlumata görə, Dövlət Su Ehtiyatları Agentliynin sədri Zaur Mikayılovun əmri ilə vaxtilə Şəmkir, daha sonra isə Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi işləmiş Tahir Xəlilov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sədr əvəzi təyin edilib.

Məlumata görə, yeni sistemi mənimsədikdən sonra onun sədr təyinatı da mümkün sayılır.

Mia.az-ın əldə etdiyi digər məlumata görə, müvafiq əmrlə Cavid İsmayılzadə isə sədrin müavini təyin edilib: ""Azərsu" ASC-nin ləğvindən sonra qurumda sədri müavini olan 1-ci müavin Teyyub Cabbarov getdi, daha dəqiqi, ona yeni qurumda vəzifə veirlmədi, onunla yanaşı,  digər müavin Seymur Seyidov da yola salındı. Digər müavin Etibar Məmmədov isə Zaur Mikayılova müşavir aparıldı. Digər müavinlər isə "Azərsu" ASC-nin bazasında yaradılan xidmətdə müavin postuna keçirildilər. Bu günlərdə isə "meliorasiya"dan Cavid İsmayılzadə müvafiq əmrlə xidmət rəisi Tahir Xəlilova müavin təyin olunub. Bu təyinatda ilginc olan odur k, ona 5 iri şəhərlərlə bağlı xüsusi səlahiyyət verilib. Yəni, anlaşılan odur ki, Bakı daxil, 5 iri şəhərin su və sukanal sahəsi üzrə "göydə uçan, yerdə qaçan" nə varsa, hamısına Cavid ismayılzadə "hə-yox" deyəcək".

Xəbərdə o da deyilir ki, bu dəyişikliklərlə bərabər, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Texniki şərtlərin verilməsi şöbəsinin müdiri Mahir Cəfərlini də Vüqar Bayramov əvəzləyib...

Əldə etdiyimiz məlumatda ən diqqətçəkən təyinat isə "Bakı Sukanal" MMC-nin rəisi ilə bağlı olub: "Zaur Mikayılov "Bakı Sukanal" MMC-nin rəisi, məşhur Habil Quliyevi "taxtdan salıb", onun yerinə isə Rauf Osmanov gətirilib. Raud Osmanov bu sahəyə digərləri kimi yad deyil. O, yeni və yüksək vəzifə təyinatına qədər Səbail Sukanal idarəsinin rəisi idi...".

Mia.az-a verilən məlumata görə, Agentlik və ona bağlı olan digər qurumlarda da böyük kadr dəyişiklikləri baş verib.

Bununla bağlı yazılarımız olacaq.

Samir Musayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Noyabr 2024 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri