Icma.az
close
up
RU
Xidməti intihar, yaxud məsul şəxslərin... məsuliyyətsizliyi

Xidməti intihar, yaxud məsul şəxslərin... məsuliyyətsizliyi

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatını oxuyuram. Məlumat belə başlayır: "Diplomatik statusdan istifadə edilməklə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Türkiyəyə daşınan külli miqdarda qızıl külçələrini qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsi faktı ilə bağlı cinayət işi başlanılıb".

Bu, əslində yeni hadisə deyil; bir neçə gündür bu barədə yazılır, deyilir. Söhbət Azərbaycan Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Qəhrəman Məmmədovdan gedir.

O, noyabrın 22-də ABŞ-dan Türkiyəyə gəlib, onun gəlişinə qədər Birləşmiş Ərəb Əmirliklərindən İstanbul Hava Limanına gətirilmiş çəkisi 70 kiloqram, maddi dəyəri 10 milyon 220 min 900 manat (6 milyon ABŞ dolları) olan qızıl külçələri götürüb. Öz diplomatik imtiyaz və immunitetindən sui-istifadə edərək, qızılı gömrük rəsmiləşdirməsi olmadan oradan çıxarıb, taksi ilə otellərdən birinə aparmaq istəyib. Anar Qasımov adlı bir şəxsə çatdırmalıymış. Hər ikisi tutulub. Hava limanında həmin saxlancda daha 14 kiloqram qızıl külçə də tapılıb, götürülüb; bütün bunları artıq bilirsiniz.

Mənim diqqəti cəlb etmək istədiyim başqa nüanslar var. Polkovnik-leytenat Qəhrəman Məmmədov Azərbaycanın ABŞ-dakı hərbi attaşesinin baş köməkçisidir. Silahlı Qüvvələrin zabitidir. Çox mühüm vəzifəsi, üzərində dövlət atributları olan zabit mundiri daşıyan bu şəxs hansısa mütəşəkkil qaçaqmalçı cinayətkar şəbəkəyə oğurluq mal daşıyırmış, kuryerlik edirmiş.

Əlbəttə, istintaq həmin şəbəkənin harda, kimlərdən ibarət olduğunu aydınlaşdırmağa çalışacaq. Anar Qasımov sıradan bir şəxsdir; hər halda məlumatda onun hansısa bir məsul vəzifə tutduğu yazılmayıb. Qəhrəman Məmmədov isə diplomatik xidmətdə olan hərbi qulluqçudur.

Bilmirəm, onun bu vəzifədə xidmətə gəlməsində əmisi general Cavanşir Məmmədovun hansısa rolu olub, yoxsa yox? Hər halda Qəhrəman Məmmədovun karyerası pis başlamayıb. Özünə görə vəzifəsi, iş-gücü, maaşı, diplomatik imtiyazları, karyera yüksəlişi üçün imkanları, şəxsi perspektivləri vardı. Bir gənc adama, bir zabitə daha nə lazım idi ki, o, öz məsuliyyətli və şərəfli vəzifəsini - öz zabit şərəfini heçə sayıb, hansısa cinayətkar şəbəkəyə kuryer xidməti göstərsin?

Əlbəttə, deyə bilərsiniz ki, onun təqsirsizlik prezumpsiyası hüququ var; Qəhrəman Məmmədovun törətdiyi əmələ hüquqi qiyməti istintaq və məhkəmə verəcək.

Bunlar doğrudur. Ancaq adam 70 kiıoqram qızılla - az qala özü ağırlıqda qaçaq malla, külçələrlə cinayət üstündə yaxalanıb. Bu, faktdır.

Məmmədov bu işi havayı görməyib, əlbət. Həm də, ola bilsin ki, birinci dəfə deyil (hər halda istintaq araşdırmalarından sonra hər şey məlum olacaq). O, bu xidmətinin qarşılığında maddi və sair formalarda - istənilən halda qanunsuz qazanc əldə edib. Bu da aydınlaşacaq. Ancaq adamın nəyi çatmırdı ki, belə bir qanunsuzluğa qol qoyub? Ya şirnikləndiriblər, ya qotxudublar, yaxud tamam başqa bir səbəb var. Bunu da araşdırmalar ortaya çıxaracaq. Sadəcə, diqqətə çatdırmaq istədiyim budur: belə məsul bir işdə çalışan adam da bu qədər məsuliyyətsiz ola bilərmiş!

Şübhəsiz, onu da deyəcəksiniz ki, Qəhrəman Məmmədovun hələ nə vəzifəsi var ki?! Sarayından külçələr çıxan necə nazirlər, ağır cinayətlərdə ittiham olunmuş necə baş nazirlər, spiker var; bəziləri tutuldu. Qaçıb canını qurtaran da oldu.

Hələ generallar, generallar! Dəstə-dəstə həbs olunan generallar, qoşun-qoşun zabitlər, bir düjün icra başçısı, elə nə qədər hakim, prokuror, rəis, rektor, direktor... Həm də də təkcə bizdə deyil, hər ölkədə var. Baxırsan, heyrətə gəlirsən!

İlahi, bu qədər oxuyasan, çalışasan, didinəsən, bəzən dişinlə-dırnağınla, bir çox hallarda kiminsə köməyi ilə, nəyinsə qarşılığında, ya öz zəhmətinlə, ya da hansısa qüvvənin təkanı ilə cəmiyyətdə yüksək bir mövqeyə, dövlətdə vəzifəyə çatasan, güvən, imtiyaz və perspektiv qazanasan, sonra da bütün bunların üstündən qalın, qara bir xətt çəkib, cinayət yoluna yuvarlanasan!

Buna "xidməti intihar" deyəcəm. Bilmirəm, bu, doğru ifadədirmi?!

Çox qəribədir insan!

Gözü doyanda qarnı doymur, qarnı doyanda gözü doymur. Son nəticə: fiasko!

Bax, elə bu günlərdə DTX daha bir məsul zabitin barəsində cinayət işini yekunlaşdırıb, məhkəməyə göndərib. Bu şəxs müxtəlif hərbi hissələrdə maliyyə rəisi olub.

Orduda maliyyə rəisi olmaq!

Bilirsiniz, nə deməkdir?! İkiqat, üçqat... onqat məsuliyyət. Ordu mənsubu olmağın məsuliyyəti özü bəsdir. Üstəgəl ordunun maliyyəsi sənin əlindən gəlib keçir. Və bütün bunları heçə sayıb, qanunsuz yollara baş vurursan və... dövlətə 2 milyon manat ziyan vurursan! Hələ bu nədir ki! 42 milyon ziyan vuranların biri artıq həbsdədir (istintaqa, məhkəməyə bəlli olan yeyintidən, dağıntıdan söhbət gedir).

Yaxud Ali Məhkəmədə bu yaxınlarda bir proses vardı: bir nəfər ölkədən nə az, nə çox 326 milyon manat pul çıxarıb! Elə xaricə kənd təsərrüfatı məhsulları satıb, yüz minlərlə, milyonlarla, hətta on milyonlarla pulu ölkəyə qaytarmayanlar var. Dəstə-dəstə həbs olunurlar.

Bu qədər pulu, imkanı, yüksək səviyyədə şəraiti, dolanışığı olan adamlar niyə belə qanunsuzluqlara gedib, özünün də, ailəsinin də həyatını riskə atsın ki?! Anlamaq olmur.

Axı xoşbəxt olmaq üçün adama çox şey lazım deyil! Elə deyilmi?! Bəlkə mən yanlış düşünürəm...

Bahəddin Həzi,

bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Noyabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri