Xidməti it almaların arasında külli miqdarda narkotik tapdı Fotolar
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir “alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
“Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.




Xidməti it “alma” yüklü avtomobildən külli miqdarda narkotik tapdı Fotolar
09 Dekabr 2024 11:50
Xəzərdə külli miqdarda narkotik ələ keçirildi FOTOLAR
24 Dekabr 2024 10:53
Azərbaycandan Rusiyaya aparılan almaların içində külli miqdarda narkotik tapıldı FOTO
02 Dekabr 2024 12:27
Balakən sakininin evindən külli miqdarda narkotik aşkar edilib FOTOLAR
02 Dekabr 2024 09:10
Gömrükdə alma yüklü TIRda külli miqdarda narkotik aşkarlandı FOTOLAR
09 Dekabr 2024 11:50

