Icma.az
close
up
RU
XII Qlobal Bakı Forumu xalqlar arasındakı nizama və sülhə xidmət edir

XII Qlobal Bakı Forumu xalqlar arasındakı nizama və sülhə xidmət edir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Martın 13-15-də paytaxtımızda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu və orada müzakirə olunan məsələlər qlobal problemləri əhatə edir. “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusu həm də aparıcı beyin mərkəzlərinin müraciət etdiyi məsələlərdəndir. Foruma  hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, 400-dən çox nümayəndənin iştirakı tədbirin samballılığından, siyasi çəkisindən xəbər verir. Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə  XII Qlobal Bakı Forumunun əhəmiyyətini, müzakirə olunan məsələlərin dünya üçün vacibliyini ətraflı izah edib”. 

Dövlət başçısı bir çox aktual məsələlərlə bağlı Azərbaycanın yanaşmasını ortaya qoyub. Prezident Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur: “Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var”. “Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir” sualını cavablandıran dövlət başçısı qeyd edib ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir: “Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq”.

Azərbaycan son illərdə müxtəlif beynəlxalq platformalara ev sahibliyi edərək qlobal siyasət, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevrilib. Bir neçə gün bundan öncə Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilmiş XII Qlobal Bakı Forumu bu mənada istisna deyil. İştirakçılara beynəlxalq əməkdaşlıq və dialoq platforması təqdim edən bu tədbirə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu alimlər qatılıb.

XII Qlobal Bakı Forumu Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ideyaların toqquşmasına rəvac verən platforma olaraq dəyərləndirilir. İlk növbədə, foruma qatılan 50-dən artıq sabiq dövlət və hökumət başçılarının siyasi potensialına, təcrübə və biliklərinə inamla yanaşmaq, bu təcrübələrdən xoş məramlar istiqamətində yararlanmaq meylini meydana qoyur. İkinci mühüm məqam fikir plüralizminin önə çəkilməsidir. Dövlətimizin başçısının panellər arasında gedən qızğın müzakirələrin ümumi işin xeyrinə olacağını vurğulaması bu baxımdan səbəbsiz deyil. Çünki böyük ideyalar adətən fikir müxtəlifliyi və müzakirələrin mövcud olduğu şəraitdə hasilə gəlir.

Bütün yönləri ilə birlikdə XII Qlobal Bakı Forumu Azərbaycan dövlətinin müsbət imicinin güclənməsinə xidmət edən platforma olaraq xalqlar arasındakı nizama və sülhə xidmət edir. Azərbaycan Prezidentinin müsahibəsi həm bunu mühüm amil olaraq dünyanın gözü önünə sərmək, həm də ona aparan yolun nümunəsini meydana qoymaq baxımından müstəsna qürur və dəyər faktıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri