Icma.az
close
up
RU
Xilasetmə uçuşları zamanı Azərbaycanda aeroportlarda yığım tutulmayacaq

Xilasetmə uçuşları zamanı Azərbaycanda aeroportlarda yığım tutulmayacaq

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Nazirlər Kabineti “Xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətlərinə və aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin hesablanması Qaydası”nı təsdiq edib.

APA-nın xəbərinə görə, qərarın qəbulu ilə xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətlərinə və aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin hesablanması ilə bağlı tələblər, aeronaviqasiya xidmətlərinin növləri, Azərbaycan Respublikasının hava məkanından tranzit keçməklə həyata keçirilən beynəlxalq uçuşlara və daxili hava daşımasına görə göstərilən aeronaviqasiya xidmətləri üzrə yığımların məbləğinin, beynəlxalq hava daşımaları üzrə hava gəmilərinin Azərbaycan Respublikası ərazisində yerləşən hava limanına enməsi və ya qalxması üçün həyata keçirilən aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin, xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətlərinə görə yığımların məbləğinin hesablanması və bu sahədə tətbiq edilən güzəştlər müəyyən edilib.

Qərara əsasən, aeronaviqasiya xidmətlərinə görə yığımların tutulmadığı hallar aşağıdakılardır:

- axtarış və xilasetmə işlərinin həyata keçirilməsi üzrə uçuşların yerinə yetirilməsi;

- hava gəmisində yaranmış texniki problemlə bağlı məcburi eniş edilməsi;

- məşq uçuşlarının yerinə yetirilməsi;

- hava limanı və aeronaviqasiyanın texniki sistemlərinin yoxlanılması üzrə uçuşların yerinə yetirilməsi;

- yola düşmə (enmə) hava limanında və ya uçuş trayektoriyası boyunca pis hava şəraitinin hökm sürməsi;

- mülki aviasiya təhlükəsizliyinə təhdid yaradan fövqəladə halların baş verməsi.

Aşağıdakı hallarda hava limanı xidmətlərinə görə yığımlar tutulmur:

- Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Komitəsi üçün

uçuşları həyata keçirən, habelə Azərbaycan Respublikasına humanitar yardımla

bağlı gələn daşıyıcılara enmə (qalxma) və parklanma xidmətlərinin göstərilməsi;

- axtarış və xilasetmə işlərini həyata keçirən hava gəmilərinə enmə (qalxma) və parklanma xidmətlərinin göstərilməsi;

- başqa heç bir hava limanında eniş etmədən yola düşdüyü hava limanına geri qayıdan hava gəmilərinə enmə (qalxma) və parklanma xidmətlərinin göstərilməsi;

- yola düşmə (enmə) hava limanında və ya uçuş trayektoriyası boyunca pis hava şəraitinin hökm sürməsi və ya mülki aviasiya təhlükəsizliyinə təhdid yaradan fövqəladə halların baş verməsinə görə hava gəmisinin yola düşməsi gecikdikdə gecikmə müddəti ərzində parklanma xidmətlərinin göstərilməsi;

- aviasiya insidenti nəticəsində hava gəmisində yaranmış texniki problemlə bağlı təcili eniş etməli olan və ya yola düşməsi gecikən hava gəmisi, texniki problemin aradan qaldırılması üçün tələb olunan müddət ərzində parklanma xidmətlərinin göstərilməsi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri