Ximki polisi “CocaCola” və “Pepsi”nin yeraltı istehsalını dayandırıb Doğru Xəbərlər
Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moskva yaxınlığındakı Ximkidə polis “Coca-Cola” və “Pepsi” içkilərinin yeraltı istehsalını dayandırıb.
Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, 4 şübhəli saxlanılıb. Onlar sənaye zonasındakı anqarda avadanlıq quraşdırıb, qanunsuz miqrantları işə götürüb və saxta içkilər istehsal ediblər. Daha sonra cinayətkarlar qazlı içkini tanınmış brendlərin etiketləri ilə butulkalara dolduraraq Moskva vilayətində topdansatış alıcılarına satıblar.
“Obyektlərə baxış zamanı 18 mindən çox butulka hazır məhsul, avtomatlaşdırılmış maye qablaşdırma xətti, qablar və sübut dəyəri olan digər əşyalar aşkar edilib”, – Volk bildirib.
Faktla bağlı cinayət işi başlanıb, bütün təqsirləndirilən şəxslər həbs edilib. Həmçinin emalatxanada işləyən 3 əcnəbi barəsində inzibati xəta haqqında protokollar tərtib edilib, onlara cərimə və ölkə hüdudlarından kənara çıxarılma cəzası verilib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















