XİN: Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin artırılmasına ehtiyac var
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin artırılmasına ehtiyac var.
Report xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında bildirib.
"Əfsuslar olsun ki, Azərbaycanın ərazilərinin minalardan və digər partlayıcı qurğulardan ibarət olan böyük miqdarda çirkləndirilməsi bizim bərpa işlərimizin uğurla davam etdirilməsi üçün əhəmiyyətli maneə olaraq qalır", - E.Məmmədov vurğulayıb.
O deyib ki, 2020-ci ildə münaqişənin bitməsindən sonra mülki şəxslər daxil olmaqla 400-ə qədər azərbaycanlı minaların qurbanı olub:
"Humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin artırılmasına, minaların insan hüquqlarının təminatına mənfi təsirinin aradan qaldırılmasına, mina qurbanlarının reabilitasiyasına dəstək göstərilməsi çağırışımızı bir daha təkrar edirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Fevral 2025 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















