Icma.az
close
up
RU
ABŞ Konqresində Azərbaycanın minatəmizləmə fəaliyyətinə dair konfrans keçirilib

ABŞ Konqresində Azərbaycanın minatəmizləmə fəaliyyətinə dair konfrans keçirilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın ABŞ-dakı səfirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə ABŞ Konqresində “Azərbaycanda minatəmizləmə fəaliyyəti: prioritetlər və çağırışlar” adlı konfrans və fotosərgi təşkil olunub.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə Konqres üzvlərinin köməkçiləri, ANAMA-nın nümayəndə heyəti, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi, ABŞ-də fəaliyyət göstərən diplomatik missiyaların, beyin mərkəzlərinin təmsilçiləri, tələbələr və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, Azərbaycan soyqırımına, etnik təmizləməyə məruz qalmış ölkədir və bütün bu minalar soyqırımı təcrübəsinin davamıdır. Yüz minlərlə azərbaycanlının öz evlərinə qayıtmaq hüququ var, lakin onların evləri tamamilə dağıdılıb və əraziyə minalar yerləşdirilib. 2 gün əvvəl daha bir azərbaycanlı mina partlaması nəticəsində xəsarət alıb.

ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov bildirib ki, ərazilərin minalarla çirklənməsi Azərbaycanda təhlükəsizlik və inkişaf qarşısında duran ən ciddi maneələrdən biri olaraq qalır. Azərbaycanın ümumi ərazisinin təxminən 14 faizini təşkil edən 11 667 kvadrat kilometrə yaxın ərazi minaların və müharibənin partlayıcı qalıqlarının təsirinə məruz qalıb və bu, Azərbaycanı dünyanın ən çox minalanmış ölkələrindən birinə çevirir. Minalar insan tələfatına səbəb olur, bərpa və yenidənqurma səylərinə ciddi maneələr törədir.

“Azərbaycan hökuməti şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası və məcburi köçkünlərin təhlükəsiz şəkildə öz torpaqlarına qayıtması istiqamətində işlər aparır. Minalar təkcə müharibənin mirası deyil, onlar bərpa və uzunmüddətli sülh üçün maneədir. Böyük çağırışlara baxmayaraq, Azərbaycan bu böhranın həllinə sarsılmaz sadiqliyini nümayiş etdirib və humanitar minatəmizləməyə ən böyük milli töhfə verən ölkələrdən birinə çevirib”,- deyə Samir Poladov əlavə edib.

ANAMA rəsmisi bununla yanaşı bu istiqamətdə beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ-nın dəstəyini qeyd edib.

Marşal İrsi İnstitutunun inkişaf və kommunikasiya üzrə meneceri Eden Sleyter 2025-ci ildə iki qurum arasında əməkdaşlığın 20 ilinin tamam olduğunu bildirib. Onun sözlərinə görə, bu müddətdə institut ANAMA-ya 93 minaaxtaran it ianə edib və bu il bu rəqəmin 100-ə çatdırılması nəzərdə tutulub. O, ötən il Zəngilana getdiyini və ANAMA-nın gördüyü işləri və minalardan təmizlənmiş ərazilərə qayıdan insanları görmək şansının olduğunu deyib.

Daha sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Sonda ANAMA nümayəndələri tərəfindən ölkəmizdə mövcud mina problemi və mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə dair təqdimat edilib. Təqdimatda 2020-ci ilin 10 noyabrından bu günədək 190 min hektardan artıq ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizləndiyi və bu müddətdə 36 mindən çox piyada əleyhinə, 21 mindən artıq tank əleyhinə mina və 133 mindən artıq partlamamış hərbi sursatın aşkar edildiyi qeyd olunub.

Tədbirdə həmçinin, ölkəmizin üzləşdiyi mina problemi, onun yaratdığı fəsadlar və bu problemin arada qaldırılması istiqamətində görülən işləri əks etdirən fotosərgi təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri