Icma.az
close
up
RU
Vaşinqtonda Azərbaycanın minatəmizləmə istiqamətində fəaliyyətinə dair təqdimat olub

Vaşinqtonda Azərbaycanın minatəmizləmə istiqamətində fəaliyyətinə dair təqdimat olub

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqton şəhərində yerləşən “Hudson” İnstitutu beyin mərkəzində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndə heyəti, AR Xarici İşlər Nazirliyi, səfirlik nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil edilib.

AZƏRTAC-ın məlumatına görə, agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov dəyirmi masada iştirak edən beyin mərkəzinin aparıcı eksperti Mayk Doran və digər əməkdaşlara, həmçinin tədqiqatçı və tələbələrə Azərbaycanda aparılan humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib. O bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, yəni 2020-ci il noyabrın 10-dan bugünədək Azərbaycanda 385 nəfər mina qurbanı olub, bunlardan 315-i xəsarət alıb, 70 nəfər isə həyatını itirib. O, bu günlərdə daha bir nəfərin Ağdam rayonu ərazisində mina partlaması nəticəsində xəsarət aldığını qeyd edib. ANAMA rəsmisi bildirib ki, 2020-ci il 10 noyabr tarixindən bugünədək baş vermiş mina hadisələrindən 152-si işğaldan azad olunmuş ərazilərimizdə keçmiş təmas xəttindən kənarda qeydə alınıb.

Samir Poladov əlavə edib ki, indiyə kimi humanitar minatəmizləmə fəaliyyətinə ayrılmış vəsaitin təqribən 5 faizə qədər hissəsi beynəlxalq donorların hesabına, qalan hissəsi isə Azərbaycan hökumətinin öz resursları vasitəsilə həyata keçirilib. O, bu kimi səfərlərin beynəlxalq ictimaiyyətin Azərbaycandakı mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyətə dair məlumatlılığın və beynəlxalq donorların bu məsələyə diqqətinin və dəstəyinin artırılması məqsədi daşıdığını vurğulayıb.

ANAMA rəsmiləri dəyirmi masa zamanı “Hudson” İnstitutundan olan ekspertlərin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, istifadə olunan avadanlıq və texnikalar, donorların rolu barədə çoxsaylı suallarını cavablandırıblar.

Daha sonra ölkəmizdə mövcud mina problemi və mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə dair geniş təqdimat edilib və təqdimatda 2020-ci ilin 10 noyabrından bugünədək 190 min hektardan artıq ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizləndiyi və bu müddətdə 36 mindən çox piyada əleyhinə, 21 mindən artıq tank əleyhinə mina və 133 mindən artıq partlamamış hərbi sursatın aşkar edildiyi qeyd olunub. Həmçinin ABŞ-ın Marşal İrsi İnstitutunun Azərbaycana 90-dan artıq minaaxtaran it ianə etdiyi, bununla yanaşı, ABŞ-ın müxtəlif qurum və institutlarının Azərbaycanda mina fəaliyyətləri proqramına dəstək məqsədilə həyata keçirdiyi təlimlər vurğulanıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri