Icma.az
close
up
RU
XİN başçısı: Monteneqro 2028 ci ilə qədər Aİ nin 28 ci tamhüquqlu üzvü olmağı planlaşdırır

XİN başçısı: Monteneqro 2028 ci ilə qədər Aİ nin 28 ci tamhüquqlu üzvü olmağı planlaşdırır

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsi iştirakçısı, Şərur rayonu, Danyeri kənd sakini Bəhruz İbrahimov mənzil növbəsinə götürülmədiyini deyir.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”ya növbəti dəfə müraciət edən 3-cü qrup əlil B. İbrahimovun sözlərinə görə, ona növbəyə götürülməməsi ilə əlaqədar tutarsız səbəb göstərilib.

Qazi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - Günnüt əməliyyatı, Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak edib: “Hazırda ailəmlə birgə qardaşımın evində ağır sosial şəraitdə yaşayırıq. İki azyaşlı övladım var və işsizəm. Adıma nə ev, nə də torpaq sahəsi mövcuddur. Həm mən, həm də həyat yoldaşım torpaq şöbəsindən adımıza heç bir torpaq sahəsinin olmadığına dair arayışları rəsmi olaraq təqdim etmişik. Son müraciətim əsasında Şərur Rayon İcra Hakimiyyətinin mənzil komissiyası yaşadığım ünvanda baxış keçirib, lakin təqdim etdikləri rəsmi cavabda mənzil növbəsinə götürülməyim məqsədəuyğun hesab edilməyib. Buna səbəb kimi yaşadığım evin qardaşımın adına olması göstərilib. Halbuki həmin ev mənim mülkiyyətim deyil”.

37 yaşlı qazinin sözlərinə görə, orada məcburiyyətdən yaşayırlar: “Qardaşım subaydır, hazırda onun evində qalırıq. Əslində qardaşım o evi alandan hələ də öz adına rəsmiləşdirməyib. Necə olur ki, mənim adıma heç bir mənzil, mülk olmadığı halda ev növbəsinə görə imtina gəlir?! Qazi kimi heç bir mənzil təminatı almamışam. Sadəcə müavinət və Prezident təqaüdü ilə təmin edilirəm. Atam 2-ci qrup əlildir, anam da xəstədir. Evimin olmaması ağır sosial vəziyyətimi daha da çətinləşdirir”.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sorğumuza belə cavab aldıq: “Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, həmçinin Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər mənzil və ya fərdi evlə təmin edilirlər. 

Qeyd edilənlərə əsasən, B. İbrahimov ilk növbədə yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən uçota alınmalıdır. Müvafiq qaydada uçota alındıqdan sonra mənzillə təmin olunması ilə bağlı məsələyə növbəlilik qaydasında baxılacaq”.

Naxçıvan MR Şərur Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, İbrahimov Bəhruz tərəfindən Şərur Rayon İcra Hakimiyyətinin Mənzil Komissiyasina müraciət daxil olub: “Bu səbəblə onun evinə baxış keçirilib. Lakin baxış zamanı evin kimə aid olmasına dair təzadlar yaranıb. Bəhruz Əli oğlu İbrahimov yaşadığı evin qardaşına məxsus olduğunu bildirsə də, hər hansı sənəd təqdim edilməyib. Vətəndaş bundan öncə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Sosial Xidmətlər Agentliyinə də müraciət edib. Bu zaman o qeyd edib ki, Danyeri kəndində evi var, özünə məxsusdur və sosial durumu aşağı olduğu üçün bir otağın təmir olunmasını istəyir.

Qurumun çıxartdığı qərar isə o oldu ki, Bəhruz İbrahimov müvafiq qurumlara düzgün məlumat vermir. Cənab Prezident İlham Əliyevin 2449 nömrəli Sərəncamında qeyd olunub ki, mənzilə ehtiyacı olan şəxs qismində güzəştli mənzil uçotuna alınsın. 

Mənzil Komissiyası bu halda ehtiyacı müəyyən edə bilmir. Bu barədə vətəndaşın özünə də məlumat verilib. Ev Bəhruz İbrahimovun qardaşınındırsa, bu, sənədləşdirilməlidir”.

Xatırladaq ki, Bəhruz İbrahimov daha öncə də saytımıza sosial vəziyyəti ilə bağlı müraciət etmişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri