Icma.az
close
up
RU
XİN bu ilin hesabatını verdi

XİN bu ilin hesabatını verdi

Azvision saytına istinadən Icma.az xəbər verir.

Hesabata görə, 2024-cü il ərzində beynəlxalq münasibətlər sistemində artan siyasi və iqtisadi gərginliklər, beynəlxalq hüququn aşınması, beynəlxalq miqyasda qeyri-müəyyənliyin dərinləşməsi fonunda, milli təhlükəsizliyə qarşı risk və hədələrin neytrallaşdırılması, xarici siyasət maraqlarının effektiv şəkildə təmin edilməsi məqsədilə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib.
Bildirilib ki, Azərbaycan beynəlxalq səylərini uğurla həyata keçirərək ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində əlaqələrini və diplomatik təmsilçilik şəbəkəsini genişləndirib, regionda və qlobal miqyasda milli maraqlarının, eləcə də sülh və təhlükəsizliyin təmini məsələlərində rolunu və mövqeyini gücləndirib.
"2024-cü il ərzində daxili sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan tərəfindən qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq, qlobal əhəmiyyətli tədbirlərin uğurla keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edib. Bu istiqamətdə Bakı şəhərində uğurla təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) Azərbaycanın beynəlxalq səviyyədə liderliyinin nümayişi baxımından önəmli olub.
Azərbaycanın suveren iqlim diplomatiyasının uğuru sayılan COP29-da 196 ölkə və 200-ə yaxın beynəlxalq, regional və digər təşkilatların nümayəndələri təmsil olunub. COP29 çərçivəsində 12-13 noyabr tarixlərində təşkil edilmiş Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsində 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. COP29, əldə olunan konkret nəticələr və qəbul edilmiş qərarların əhəmiyyəti baxımından ən uğurlu konfranslardan biri kimi qiymətləndirilib",-məlumatda qeyd olunub.
Vurğulanıb ki, 2024-cü ildə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi” mövzusunda 3-cü beynəlxalq konfrans, “Bakı Prosesi” çərçivəsində Mədəniyyətlərarası Dialoq üzrə VI Ümumdünya Forumu, “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans təşkil olunub, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmağımızın 30-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirlərə və bir sıra digər konfranslara ev sahibliyi edib.
Azərbaycan il ərzində Qoşulmama Hərəkatında (QH) sədrlik Troykasının üzvü qismində fəaliyyətini davam etdirib, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) təşkilatında 2024-2026-cı illər üzrə sədrliyə başlayıb, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata (GUAM) sədrlik edib. 2024-cü il həmçinin ölkəmizin İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyə qəbul edilməsi ilə əlamətdar olub.
Cari ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edilərək Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin yaradılması və sülh prosesinin irəlilədilməsi Azərbaycanın regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub. Ali səviyyədə verilmiş tapşırıqlara uyğun olaraq Xarici İşlər Nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin hüquqi əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması üzrə müvafiq təmaslar davam etdirilib, normallaşma gündəliyi üzrə əhəmiyyətli irəliləyişə nail olunub.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri