Icma.az
close
up
RU
XİN də diplomatik görüşlər

XİN də diplomatik görüşlər

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevralın 10-da xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Xarici İşlər Nazirliyinin dövlət katibi Marko Ştutsinlə görüşüb.

Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində həmkarı Tanya Fayon ilə keçirilmiş görüşü xatırlayaraq, bu kimi təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsinə töhfə verməsi baxımından əhəmiyyətini və bu istiqamətdə dialoqun inkişafının vacibliyini qeyd edib.

Görüşdə iki ölkə arasında enerji təhlükəsizliyi, ticarət, biznes, nəqliyyat-kommunikasiyalar sahələri üzrə əməkdaşlığın mövcud perspektivlərindən istifadənin zəruriliyi, xüsusilə Azərbaycanın Orta Dəhlizdə tutduğu strateji mövqenin bu imkanlardan yararlanmağa təkan verdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı ölkələrimiz arasında təhsil və humanitar istiqamətlər üzrə əməkdaşlığa toxunulub, o cümlədən İkinci Dünya müharibəsi zamanı Sloveniyanın azad edilməsinə mühüm töhfələr verən soydaşlarımız, xüsusilə əfsanəvi Mehdi Hüseynzadə (Mixaylo) kimi qəhrəmanların olmasının müasir dövrdə xalqlarımız arasında əlaqə və yaxınlığın əsasında dayandığı qeyd edilib.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə səyləri barədə ətraflı məlumatlandırılıb, xüsusilə humanitar minatəmizləmənin əməkdaşlıq üçün yeni istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.

***

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri Dmitri Pineviçlə görüşüb. Diplomat etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona diplomatik missiyasında uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan ilə Belarus arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub. Tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişaf perspektivlərini, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər. İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi vurğulanıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see316

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see291

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see290

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see241

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see236

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see207

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see194

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see193

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see178

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see178

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see178

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see175

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see172

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see168

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see165

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see164

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see164

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see159

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see150

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri