XİN də yeni informasiya sistemi yaradılacaq
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda rəsmi sənədlərin leqallaşdırılması prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.
Axar.az Report-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsi və xarici ölkələrdəki konsulluqlar tərəfindən rəsmi sənədlərin leqallaşdırılmasının həyata keçirilməsi məqsədilə XİN-in "Konsul leqallaşdırılması" informasiya sisteminin təsis edilməsi planlaşdırılır.
Eyni zamanda, leqallaşdırılmış sənədlərin tərcüməsinin "Elektron notariat" informasiya sistemi üzərindən notarius tərəfindən distant qaydada rəsmiləşdirilməsi və sənədlərin ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsi hazırlanacaq.
Sənədə əsasən, bu məqsədlərlə proqram təminatlarının yaradılması da nəzərdə tutulur.
Layihənin icrasına Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Nazirliyi məsuldur.
Baxış sayı:94
Bu xəbər 01 Aprel 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















