Icma.az
close
up
RU
XİN dən Ermənistan tərəfinin bəyanatına CAVAB

XİN dən Ermənistan tərəfinin bəyanatına CAVAB

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən 18 mart 2025-ci il tarixli bəyanatını qətiyyətlə rədd edirik.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu video çəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir: "Xoşməramlılıq nümayiş etdirmək və bu cür təxribatlara son qoymaq əvəzinə, Ermənistan tərəfinin mücərrəd və praktiki olaraq qeyri-mümkün təklifləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı müddətində olduğu kimi heç bir əsası yoxdur. Bu, işğala son qoymağa çağırış etmək əvəzinə, Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü təklifləri xatırladır".

XİN rəsmisi qeyd edib ki, əgər Ermənistan hökuməti, Baş nazirin ofisinin də bəyan etdiyi kimi sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi.

"İki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılması ilə bağlı Ermənistanın guya xoşməramlı olmasına gəlincə, məhz Azərbaycanın sülh sazişi üzərində işləmək təklifi ilə ilk addımları hələ 2022-ci ilin əvvəlində atmasına baxmayaraq, Ermənistanın bütün vasitələrlə prosesi necə pozduğu faktını xatırlatmaq yerinə düşər. Onu da qeyd edək ki, Ermənistanın danışıqlarda törətdiyi çoxsaylı çağırışlara, o cümlədən Azərbaycan ərazilərindən qalan qüvvələrini çıxarmaqdan imtina etməsinə və ərazilərimizdə qurduqları rejimi təşviq etməsinə baxmayaraq, məhz Azərbaycanın səyləri və tədbirləri nəticəsində prosesdə belə bir nailiyyət əldə olunub.

Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur. Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq".

Ayxan Hacızadə vurğulayıb ki, 30 ilə yaxın müddətdə məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, Azərbaycana qarşı təcavüz törədən, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən ölkə kimi Ermənistanın belə mexanizmlərdən danışmağa mənəvi haqqı yoxdur.

"Kommunikasiyaların açılması məsələsinə gəldikdə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan bu öhdəlikləri 4 il ərzində yerinə yetirməyib. Bunun əvəzinə, onlar diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədilə, mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürüblər. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.

Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq", - o əlavə edib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Mart 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri