XİN Qaradağlı faciəsi ilə bağlı paylaşım etdi
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq”.
"Cebheinfo.az"xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında bildirilib.
“Bu gün Qaradağlı qətliamının 34-cü ildönümüdür. Azərbaycanın dinc əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş bu qanlı cinayət tariximizin ən faciəli və ağrılı səhifələrindən biridir. Xüsusi amansızlıqla həyata keçirilmiş bu qətliam zamanı uşaqlar və qadınlar da daxil olmaqla 67 nəfər vəhşicəsinə qətlə yetirilib.
Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq və bu cür faciələrin heç vaxt unudulmaması hər birimizin mənəvi borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - deyə paylaşımda qeyd edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 Fevral 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















